Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Rusiya ordusuna yeni səfərbərlik mümkündür...
...Ehtimallara görə, Rusiyanın yüksək rütbəli təhlükəsizlik məmurları, Kremlin danışıqlar yolu axtarışının əleyhinə olaraq, Ukraynaya qarşı müharibəni gücləndirməsinin tərəfdarı kimi çıxış edirlər?
Ruslar böyük itkilərə görə müharibədən əl çəkməyə hazır deyillər?
SİA xəbər verir ki, bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
Nəticələrini təqdim etməzdən əvvəl analitiklər Meduza nəşrinin materialını qeyd etdilər. ...
Rusiya təhlükəsizlik qüvvələri və Rusiya hərbçiləri etiraf edə bilərlər ki, Rusiya qoşunları Ukraynaya qarşı müharibə zamanı məruz qaldıqları canlı qüvvə eləcə də texnika itkiləri ilə mütənasib olaraq əhəmiyyətli ərazi uğurları əldə etmir.
Rusiya hərbi komandanlığı taktiki, lakin əməliyyat baxımından əhəmiyyətli olmayan uğurların müqabilində indiyədək qeyri-mütənasib şəxsi heyət itkisinə məruz qalıb.
Öz növbəsində, Rusiya lideri Vladimir Putinin qələbə nəzəriyyəsi ruslar Ukraynaya doğru irəlilədikcə bu cür itkiləri qəbul etməyə əsaslanır.