Icma.az
close
up
RU
Rus rəsmiləri Putini Ukraynada müharibəni artırmağa çağırırlar..?

Rus rəsmiləri Putini Ukraynada müharibəni artırmağa çağırırlar..?

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya ordusuna yeni səfərbərlik mümkündür...

...Ehtimallara görə, Rusiyanın yüksək rütbəli təhlükəsizlik məmurları, Kremlin danışıqlar yolu axtarışının əleyhinə olaraq, Ukraynaya qarşı müharibəni gücləndirməsinin tərəfdarı kimi çıxış edirlər?

Ruslar böyük itkilərə görə müharibədən əl çəkməyə hazır deyillər?

SİA xəbər verir ki, bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

Nəticələrini təqdim etməzdən əvvəl analitiklər Meduza nəşrinin materialını qeyd etdilər.

... Rusiya təhlükəsizlik qüvvələri və Rusiya hərbçiləri etiraf edə bilərlər ki, Rusiya qoşunları Ukraynaya qarşı müharibə zamanı məruz qaldıqları canlı qüvvə eləcə də texnika itkiləri ilə mütənasib olaraq əhəmiyyətli ərazi uğurları əldə etmir.

Rusiya hərbi komandanlığı taktiki, lakin əməliyyat baxımından əhəmiyyətli olmayan uğurların müqabilində indiyədək qeyri-mütənasib şəxsi heyət itkisinə məruz qalıb. Öz növbəsində, Rusiya lideri Vladimir Putinin qələbə nəzəriyyəsi ruslar Ukraynaya doğru irəlilədikcə bu cür itkiləri qəbul etməyə əsaslanır.

Bununla belə, Rusiyanın orta gündəlik irəliləyişləri, sentyabr, oktyabr və noyabr aylarında ardıcıl üç ay artan ərazi qazanımları eləcə də şəxsi heyət itkilərindən sonra 2024-cü ilin dekabrında təxminən 9 kvadrat kilometr yavaşlayıb.

...Nəticə etibarı ilə, Rusiya hərbi komandanlığı Rusiyanın irəliləyiş sürəti aşağı düşməkdə davam edərsə, belə yüksək itkilərə məruz qalmağa Putindən daha az hazır ola bilər.

Eyni zamanda, Rusiya hərbçiləri, eləcə də təhlükəsizlik qüvvələri bu itkilərə görə müharibədən əl çəkmək istəmirlər. Bunun əvəzinə, Putinin Rusiyanın hərbi səylərini gücləndirməsinin tərəfdarı olduqlarını deyirlər.

Xüsusilə, o, ehtiyatda olan hərbçilərin əlavə qismən çağırılmasını və hərbi vəziyyətə keçidlə bağlı rəsmi qərarın qəbul edilməsini istəyib. Yəqin ki, döyüş meydanının canlı qüvvə və texnika ilə dolacağı ümidi ilə..?

...Analitiklər hesab edirlər ki, Putin ehtiyat qüvvələrinin qismən məcburi çağırılmasına və ya Rusiya iqtisadiyyatının daha da səfərbər edilməsinə müqavimət göstərir.

Çünki bu cür qərarlar ruslar tərəfindən çox bəyənilməyəcək və işçi qüvvəsi çatışmazlığını eləcə də Rusiya iqtisadiyyatını daha da ağırlaşdıracaq.

Eyni zamanda, işçi qüvvəsini və iqtisadiyyatı daha da səfərbər etməyə çağıran Rusiya hərbi və təhlükəsizlik qüvvələri qrupunun Putini Ukraynaya qarşı müharibədə rus qoşunlarını qane etmək üçün daha radikal tədbirlər görməyə inandıra bilməyəcəyi qaranlıq olaraq qalır.

Amerika Müharibənin Öyrənilməsi İnstitutu ehtimal edir ki, artan şəxsi heyət itkiləri, eləcə də insanların könüllü olaraq müharibəyə cəlb edilməsi ilə bağlı problemlər Putini yaxın gələcəkdə ehtiyatda olan hərbçiləri qeyri-ixtiyari qismən çağırmağa məcbur edə bilər.

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:271
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Yanvar 2025 00:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri