Rusiya 2 milyona yaxın əsgəri Ukraynaya göndərəcək

15.10.2025

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya iki milyona yaxın ehtiyatda olan əsgəri Ukraynaya göndərməyə hazırlaşır. 

"Unikal" xəbər verir ki, bu, Rusiyadakı yeni qanunvericilikdə öz əksini tapıb. 

Dəyişikliklər Rusiya prezidenti Vladimir Putinin Ukraynada döyüşən 700 minlik ordunu yeniləmək və genişləndirmək üçün yeni qüvvələrin səfərbər edilməsi zərurəti ilə üzləşdiyi bir vaxtda əhəmiyyətli işçi qüvvəsi cəlb edə bilər.  

Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolovun sözlərinə görə, ehtiyatda olan hərbçilər Rusiya qoşunlarının irəliləməyə çalışdığı Ukraynanın şimal-şərq vilayətlərinə - Sumı və Xarkov vilayətlərinə göndərilə bilər.

Ağarza Elçinoğlu


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью