Rusiya 2 milyona yaxın əsgəri Ukraynaya göndərəcək
Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya iki milyona yaxın ehtiyatda olan əsgəri Ukraynaya göndərməyə hazırlaşır.
"Unikal" xəbər verir ki, bu, Rusiyadakı yeni qanunvericilikdə öz əksini tapıb.
Dəyişikliklər Rusiya prezidenti Vladimir Putinin Ukraynada döyüşən 700 minlik ordunu yeniləmək və genişləndirmək üçün yeni qüvvələrin səfərbər edilməsi zərurəti ilə üzləşdiyi bir vaxtda əhəmiyyətli işçi qüvvəsi cəlb edə bilər.
Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolovun sözlərinə görə, ehtiyatda olan hərbçilər Rusiya qoşunlarının irəliləməyə çalışdığı Ukraynanın şimal-şərq vilayətlərinə - Sumı və Xarkov vilayətlərinə göndərilə bilər.
Ağarza Elçinoğlu

NATOnun 100 min əsgəri Ukraynaya yeridiləcək Rusiya kəşfiyyatı
30 Noyabr 2024 11:44
Kremlin açmadığı gizlinlər: Ukraynaya göndərilən 1 milyon Rusiya əsgəri yoxa çıxıb
24 İyul 2025 09:42
Rusiya əsgəri Norveçə qaçdı
23 Avqust 2025 16:02
Türkiyə Ordusunun 2 əsgəri qızdırmadan öldü
26 İyul 2025 18:03
Rusiya əsgəri Norveçdən sığınacaq istəyib
23 Avqust 2025 21:08

