Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kremlin sözçüsü Dmitri Peskov ABŞ, Avropa və Ukrayna arasında aparılan məsləhətləşmələrlə bağlı məlumat gözlədiklərini bildirib.
Turkustan.az xəbər verir ki, o, qeyd edib: “Bu məsələ ilə bağlı təklifləri eşitmək bizim üçün vacibdir.
Ümid edirik ki, onları vaxtında alacağıq”. Peskov Moskvada jurnalistlərə cari məsələlərlə bağlı açıqlamalar verib.
Ukrayna böhranının həlli prosesinin hazırkı vəziyyəti ilə bağlı suala cavabında o deyib ki, ABŞ və Avropa, eləcə də Ukrayna və Avropa arasında müxtəlif məsələlər üzrə aparılan məsləhətləşmələr barədə məlumat almaq Rusiya üçün önəmlidir.
“Bu məsələ ilə bağlı təklifləri eşitmək bizim üçün vacibdir və ümid edirik ki, onlar vaxtında təqdim olunacaq”, – deyə Peskov vurğulayıb.
Kremlin sözçüsü Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev ilə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkov arasında İsveçrənin Davos şəhərində keçirilən görüşün məzmunu barədə məlumat verməkdən imtina edib.
O bildirib ki, görüş qapalı qapılar arxasında baş tutub və Ukrayna böhranı ilə bağlı bütün məsələlər bu formatda müzakirə olunur.