Rusiya: ABŞ, Avropa və Ukrayna arasında məsləhətləşmələrlə bağlı məlumat gözləyirik
Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kremlin sözçüsü Dmitri Peskov ABŞ, Avropa və Ukrayna arasında aparılan məsləhətləşmələrlə bağlı məlumat gözlədiklərini bildirib.
Turkustan.az xəbər verir ki, o, qeyd edib: “Bu məsələ ilə bağlı təklifləri eşitmək bizim üçün vacibdir. Ümid edirik ki, onları vaxtında alacağıq”.
Peskov Moskvada jurnalistlərə cari məsələlərlə bağlı açıqlamalar verib. Ukrayna böhranının həlli prosesinin hazırkı vəziyyəti ilə bağlı suala cavabında o deyib ki, ABŞ və Avropa, eləcə də Ukrayna və Avropa arasında müxtəlif məsələlər üzrə aparılan məsləhətləşmələr barədə məlumat almaq Rusiya üçün önəmlidir. “Bu məsələ ilə bağlı təklifləri eşitmək bizim üçün vacibdir və ümid edirik ki, onlar vaxtında təqdim olunacaq”, – deyə Peskov vurğulayıb.
Kremlin sözçüsü Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev ilə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkov arasında İsveçrənin Davos şəhərində keçirilən görüşün məzmunu barədə məlumat verməkdən imtina edib. O bildirib ki, görüş qapalı qapılar arxasında baş tutub və Ukrayna böhranı ilə bağlı bütün məsələlər bu formatda müzakirə olunur.
Bununla yanaşı, Peskov qeyd edib ki, Prezident Vladimir Putin sabah Moskvada Fələstin Prezidenti Mahmud Abbasla görüşəcək və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkovu qəbul edəcək.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 21 Yanvar 2026 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















