Icma.az, Bizimyol portalına istinadən məlumat verir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ ilə danışıqların sabah İst
Bizimyol.info xəbər verir ki, Zaxarova paytaxt Moskvada keçirdiyi həftəlik mətbuat konfransında ABŞ ilə münasibətlərə toxunub.
Rusiya və ABŞ nümayəndə heyətlərinin yenidən bir araya gəlməsi məsələsinin gündəmdə olduğunu bildirən Zaxarova: "ABŞ ilə məsləhətləşmələrin ikinci mərhələsi sabah keçiriləcək.
Danışıqların yeri, formatı və iştirakçıları dəyişməyib. Məsləhətləşmələr İstanbulda keçiriləcək", - deyib.
Rusiya nümayəndə heyətinə Rusiyanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyev, ABŞ nümayəndə heyətinə isə ABŞ dövlət katibinin Rusiya və Mərkəzi Avropa üzrə köməkçisinin müavini Sonata Koulter başçılıq edəcəyini qeyd edən Zaxarova görüşdə iki ölkənin xarici işlər nazirliklərinin nümayəndələrinin də iştirak edəcəyini bildirib.
"Görüş iki ölkənin diplomatik fəaliyyətini çətinləşdirən maneələri aradan qaldırmaq üçün keçiriləcək", - deyə mətbuat katibi Zaxarova bildirib.
Görüşün Rusiyanın İstanbuldakı Baş Konsulluğunda keçiriləcəyi bildirilib.
Rusiya və ABŞ nümayəndə heyətləri ilk olaraq fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda görüşüb və burada ikitərəfli münasibətlərin bərpası və Ukrayna böhranının həlli ilə bağlı məsələləri müzakirə ediblər.