Icma.az
close
up
RU
Rusiya ABŞ la danışıqların sabah İstanbulda keçiriləcəyini açıqlayıb

Rusiya ABŞ la danışıqların sabah İstanbulda keçiriləcəyini açıqlayıb

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ ilə danışıqların sabah İstanbulda aparılacağını bildirib.

Bizimyol.info xəbər verir ki, Zaxarova paytaxt Moskvada keçirdiyi həftəlik mətbuat konfransında ABŞ ilə münasibətlərə toxunub.

Rusiya və ABŞ nümayəndə heyətlərinin yenidən bir araya gəlməsi məsələsinin gündəmdə olduğunu bildirən Zaxarova: "ABŞ ilə məsləhətləşmələrin ikinci mərhələsi sabah keçiriləcək. Danışıqların yeri, formatı və iştirakçıları dəyişməyib. Məsləhətləşmələr İstanbulda keçiriləcək", - deyib.

Rusiya nümayəndə heyətinə Rusiyanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyev, ABŞ nümayəndə heyətinə isə ABŞ dövlət katibinin Rusiya və Mərkəzi Avropa üzrə köməkçisinin müavini Sonata Koulter başçılıq edəcəyini qeyd edən Zaxarova görüşdə iki ölkənin xarici işlər nazirliklərinin nümayəndələrinin də iştirak edəcəyini bildirib.

"Görüş iki ölkənin diplomatik fəaliyyətini çətinləşdirən maneələri aradan qaldırmaq üçün keçiriləcək", - deyə mətbuat katibi Zaxarova bildirib.

Görüşün Rusiyanın İstanbuldakı Baş Konsulluğunda keçiriləcəyi bildirilib.

Rusiya və ABŞ nümayəndə heyətləri ilk olaraq fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda görüşüb və burada ikitərəfli münasibətlərin bərpası və Ukrayna böhranının həlli ilə bağlı məsələləri müzakirə ediblər.

ABŞ və Rusiya nümayəndə heyətləri iki ölkə arasında münasibətlərin normallaşdırılması çərçivəsində səfirliyin fəaliyyətini müzakirə etmək üçün fevralın 27-də İstanbulda ABŞ-ın İstanbuldakı Baş Konsulluğu iqamətgahında ilk görüşünü keçirib. Arnavutköydəki görüş təxminən 6,5 saat davam edib.

Türkiyə Rusiya və Ukrayna arasındakı münəqişənin həlli üçün həm sülhə yardımçı olmağa, həm də danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bildirib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Aprel 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see332

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see326

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see322

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see309

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see307

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see304

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see299

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see297

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see291

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see267

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see266

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see265

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see262

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see261

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see257

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see253

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see251

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see248

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see228

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri