Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı qəbul etdiyi 17-ci və 18-ci sanksiya paketlərinə cavab olaraq bir sıra Avropa qurumlarının, Aİ-yə üzv ölkələrin dövlət orqanlarının və digər Avropa ölkələrinin nümayəndələrinin ölkəyə girişinə qadağa qoyduğunu açıqlayıb.
Qaynarinfo "Eurointegration”a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 22 iyulda yaydığı bəyanatda bildirilir.
Deyilir ki, bu qərar Aİ-nin 20 may və 18 iyul tarixlərində təsdiqlədiyi, Moskvanın "qanunsuz" adlandırdığı sanksiyalar paketlərinə cavab olaraq qəbul edilib.
Nazirlik qeyd edir ki, sözügedən şəxslər Brüsselin anti-Rusiya siyasətinə qoşulmuş, Rusiya rəsmilərinə qarşı "təqiblərdə", "Ukrayna ərazilərindən insanların qanunsuz tutulması və aparılması"nda iştirak etmiş şəxslərdir.
Rusiya həmçinin aşağıdakı kateqoriyalardakı şəxsləri də sanksiya siyahısına daxil edib: - Rusiya rəhbərliyinə qarşı tribunal yaradılması təşəbbüslərində iştirak edənlər; - Rusiya dövlət aktivlərinin müsadirəsini və ya həmin aktivlərdən əldə edilən gəlirlərin Ukraynanın xeyrinə istifadə edilməsini dəstəkləyənlər; - "Rusofob ritorikası" ilə seçilən şəxslər; - Aİ ölkələri və Avropa Parlamentinin Rusiyaya qarşı qətnamə və qanun layihələrini dəstəkləyən deputatları.
Qeyd edək ki, 18 iyulda Avropa İttifaqı Rusiyaya qarşı 18-ci sanksiya paketini təsdiqləyib.
Bu paket Slovakiya və Maltanın müqaviməti səbəbilə uzun müddət razılaşdırıla bilmirdi.