Icma.az
close
up
RU
Rusiya Aİ nin 17 ci və 18 ci sanksiya paketlərinə bu şəkildə cavab verdi

Rusiya Aİ nin 17 ci və 18 ci sanksiya paketlərinə bu şəkildə cavab verdi

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı qəbul etdiyi 17-ci və 18-ci sanksiya paketlərinə cavab olaraq bir sıra Avropa qurumlarının, Aİ-yə üzv ölkələrin dövlət orqanlarının və digər Avropa ölkələrinin nümayəndələrinin ölkəyə girişinə qadağa qoyduğunu açıqlayıb.

Qaynarinfo "Eurointegration”a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 22 iyulda yaydığı bəyanatda bildirilir.

Deyilir ki, bu qərar Aİ-nin 20 may və 18 iyul tarixlərində təsdiqlədiyi, Moskvanın "qanunsuz" adlandırdığı sanksiyalar paketlərinə cavab olaraq qəbul edilib. Nazirlik qeyd edir ki, sözügedən şəxslər Brüsselin anti-Rusiya siyasətinə qoşulmuş, Rusiya rəsmilərinə qarşı "təqiblərdə", "Ukrayna ərazilərindən insanların qanunsuz tutulması və aparılması"nda iştirak etmiş şəxslərdir.

Rusiya həmçinin aşağıdakı kateqoriyalardakı şəxsləri də sanksiya siyahısına daxil edib:

- Rusiya rəhbərliyinə qarşı tribunal yaradılması təşəbbüslərində iştirak edənlər;

- Rusiya dövlət aktivlərinin müsadirəsini və ya həmin aktivlərdən əldə edilən gəlirlərin Ukraynanın xeyrinə istifadə edilməsini dəstəkləyənlər;

- "Rusofob ritorikası" ilə seçilən şəxslər;

- Aİ ölkələri və Avropa Parlamentinin Rusiyaya qarşı qətnamə və qanun layihələrini dəstəkləyən deputatları.

Qeyd edək ki, 18 iyulda Avropa İttifaqı Rusiyaya qarşı 18-ci sanksiya paketini təsdiqləyib. Bu paket Slovakiya və Maltanın müqaviməti səbəbilə uzun müddət razılaşdırıla bilmirdi. Yeni sanksiyalar paketində aşağıdakılar yer alır:

- Sanksiyalardan yan keçməyə görə daha 26 şirkətə qarşı məhdudiyyətlər, onlardan 11-i Rusiyadan kənardadır: 7-si Çində (3-ü Honq-Konqda), 4-ü isə Türkiyədə;

- Rusiya neftinə tətbiq edilən qiymət tavanının aşağı salınması;

- "Kölgə donanması"na aid 105 gəmiyə qarşı sanksiyalar;

- Rusiyanın hərbi maşınına dəstək verən, Rusiyadan kənarda fəaliyyət göstərən bank və şirkətlərə qarşı məhdudiyyətlər.

Rusiya bildirir ki, bu "dost olmayan addımlara" cavab olaraq, ölkə ərazisinə giriş qadağası tətbiq etdiyi şəxslərin siyahısını xeyli genişləndirib. Bu siyahıya hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət və kommersiya qurumlarının nümayəndələri, Kiyevə hərbi yardım göstərən və ya Rusiyanın ərazi bütövlüyünü pozmağa cəhd edənlər, həmçinin Baltik dənizində Rusiya gəmilərinin və yüklərinin hərəkətinə blokada təşkil edənlər daxildir.


Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 İyul 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see247

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see202

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri