Rusiya aqressiyasının qarşı dirənmək üçün Ukraynaya Qərb və ABŞ ın hərbi siyasi dəstəyi da…
Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Zelenski ilə görüşən Tramp Ukraynaya “Tomaqavk” raketlərini təqdim etmək üçün yaşıl işıq yandırmaqdan imtina edib.
Rusiya prezidenti Vladimir Putinlə telefonla danışan Tramp Ağ Evdə Zelenski ilə görüşüb.
Tramp, Putinlə Macarıstanın paytaxtı Budapeştdə görüşərək Rusiya-Ukrayna müharibəsinə son qoyulmasını müzakirə edəcəklərini və Zelenski ilə bir çox detalları əvvəlcədən müzakirə edəcəklərini bildirib.
Son həftələrin diqqət çəkən mövzusu olan Tomahawk raketi məsələsini ətraflı müzakirə edəcəklərini bildirən Tramp, "Bizim də Tomaqavk raketlərinə ehtiyacımız var.
Son 4 ildə Ukraynaya çox şey göndərdik, amma indi fərqlidir. Ümid edirəm ki, onlara ehtiyac yoxdur.
Ümid edirəm ki, Tomaqavk raketlərinə ehtiyac duymadan müharibəni bitirə biləcəyimizi düşünürəm".
Tomahawk raketlərinin ABŞ təhlükəsizliyi üçün əhəmiyyətini vurğulayan Tramp, "Tomahawk raketləri çox əhəmiyyətlidir.
Tam oxu
Xəbəri oxu