Icma.az
close
up
RU
Rusiya aqressiyasının qarşı dirənmək üçün Ukraynaya Qərb və ABŞ ın hərbi siyasi dəstəyi davam etməlidir

Rusiya aqressiyasının qarşı dirənmək üçün Ukraynaya Qərb və ABŞ ın hərbi siyasi dəstəyi davam etməlidir

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zelenski ilə görüşən Tramp Ukraynaya “Tomaqavk” raketlərini təqdim etmək üçün yaşıl işıq yandırmaqdan imtina edib. Rusiya prezidenti Vladimir Putinlə telefonla danışan Tramp Ağ Evdə Zelenski ilə görüşüb. Tramp, Putinlə Macarıstanın paytaxtı Budapeştdə görüşərək Rusiya-Ukrayna müharibəsinə son qoyulmasını müzakirə edəcəklərini və Zelenski ilə bir çox detalları əvvəlcədən müzakirə edəcəklərini bildirib. Son həftələrin diqqət çəkən mövzusu olan Tomahawk raketi məsələsini ətraflı müzakirə edəcəklərini bildirən Tramp, "Bizim də Tomaqavk raketlərinə ehtiyacımız var. Son 4 ildə Ukraynaya çox şey göndərdik, amma indi fərqlidir. Ümid edirəm ki, onlara ehtiyac yoxdur. Ümid edirəm ki, Tomaqavk raketlərinə ehtiyac duymadan müharibəni bitirə biləcəyimizi düşünürəm". Tomahawk raketlərinin ABŞ təhlükəsizliyi üçün əhəmiyyətini vurğulayan Tramp, "Tomahawk raketləri çox əhəmiyyətlidir. Biz də Tomahawk raketlərini istəyirik. Ölkəmizi qorumaq üçün lazım olanı vermək istəmirik" deyib.

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Tramp və Zelenski görüşündə kifayət qədər gündəmdə olan məsələlər müzakirə olunub və görüşün mətbuata açıq hissəsində bu məsələlərdən danışılıb: “Sadəcə olaraq Ukrayna tərəfi düşünürdü ki, məhz bu görüşdə Amerika Birləşmiş Ukraynaya hərbi dəstəyinin daha ciddi şəkildə artırılmasına nail olacaq. Xüsusilə də, “Tomahavk” raketlərinin alınması məsələsində razılıq əldə olunacaq. Bu görüşdən bir gün öncə Tramp Putin telefon danışığı bu məsələləri kölgədə qoydu və Tramp “Tomahavk” raketlərinin Ukraynaya verilməsi ilə bağlı məsələdə hələlik tələsməmək qərarı aldı. Şübhəsiz ki, bu həm Ukraynada, həm də Avropa ölkələrində müəyyən narahatlıqlar yaratmaqdadır. Çünki Rusiyanın aqressiyası davam edir və Ukraynanın daha çox dəstəyə ehtiyacı var. Ukrayna müqavimət göstərir və Ukraynanın bu müqaviməti savaşın ilk dönəmlərindən davam etməkdədir. Hazırda Ukrayna savaşın ilk dönəmlərindən fərqli olaraq daha güclü vəziyyətdədir. Sadəcə olaraq Rusiya aqressiyasının qarşısında durmaq üçün ona dəstək davam etməlidir. Zelenski bu məsələləri Avropa liderləri ilə müzakirə edir və onların vasitəsilə bu prosesin davam etməsinə ümid edir”.

Oqtay Qasımov

Politoloq bildirib ki, biz Trampın zaman-zaman müxtəlif istiqamətli açıqlamalarının şahidi olmuşuq. Oqtay Qasımovun fikrincə, fevral ayında Tramp Zelenskini Vaşinqtonda qəbul edərkən istifadə etdiyi ritorika bu dəfəkindən daha sərt idi: “Ondan sonrakı dönəmlərdə də ABŞ rəsmən mövqeyində belə bir xətt ortaya çıxır ki, onlar atəşkəsə gedilməsinin tərəfdarıdır və bunun üçün hazırda Rusiyanın işğal etdiyi əraziləri nəzarətdə saxlaması ilə razıdırlar. Prinsip etibarilə, Zelenski də bu fikrə qarşı deyil. Zelenski də hazırda işğal olunmuş ərazilərin Rusiyanın nəzarətində qalmaq şərtilə faktiki olaraq, (amma söhbət hüquqi cəhətdən gedirsə, Zelenski buna qətiyyən razı deyil) atəşkəsə getməsini istəyir. Bu baxımdan, prosesin yenidən sanki spiralvari bir formada getdiyini görürük. Yəni zaman-zaman Donald Tramp gah Ukraynaya təzyiq edir, gah Rusiyaya təzyiq edir və bu təzyiqləri nəticəsində öz istədiyini əldə etməyə çalışır. Mən düşünmürəm ki, Donald Tramp Ukrayna ərazilərinin hüquqi cəhətdən Rusiyada qalmasına razı olar. Sadəcə olaraq, Donald Tramp üçün vacib olan məsələ hazırkı şərtlərdə atəşkəsə gedilməsi və tərəflərin olduğu yerdə dayanmalarıdır. Bu, Donald Trampın planlarına uyğun gəlir. Belə olduğu təqdirdə, Donald Tramp həm Ukrayna, həm də Rusiya ilə münasibətlərini davam etdirəcək. Xüsusilə, Rusiya... Çünki Rusiya ABŞ üçün də böyük xammal bazarıdır. Eyni zamanda Rusiya ilə münasibətlərin gücləndirilməsi Rusiyanın Çindən müəyyən qədər məsafələnməsi üçün nəzərdə tutulur. Amma Donald Trampın istəkləri alınacaqmı, yəni Rusiyanı Çindən ayırmaq mümkün olacaqmı? Bu vəziyyət kifayət qədər problematik görünür”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Oktyabr 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri