Rusiya atəşkəsə yenə “YOX” DEDİ Ukrayna üçün fəlakət ssenarisi YENİDƏN GÜNDƏMDƏ | Icma.az
Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, Rusiya ABŞ Prezidenti Donald Trampın hazırki cəbhə xəttində əməliyyatları dayanmaq təklifini rədd edib.Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə jurnalistlərə açıqlamasında bildirib.O, Vaşinqtonun sözügedən təklifinin rədd edildiyini deyərək, Rusiyanın bu məsələdə mövqeyinin aydın olduğunu qeyd edib:“Rusiya mövqeyi dəyişikliyə uğramayıb və biz Ukraynadakı mövcud vəziyyətə dair hər hansı bir konkret rəsmiyyət gözləmirik”.O, həmçinin, Moskva və Vaşinqtonun bu mövzuda əlaqə saxlayacağını və hər iki tərəfin işçi qrupu və ekspertlər səviyyəsində danışıqlar aparacaqlarını əlavə edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Tramp, Ukrayna ərazisinin indiki cəbhə xətti üzrə bölüşdürülməsi təklifini irəli sürüb.
Oktyabrın 20-də isə ABŞ Prezidenti Rusiya və Ukraynaya cəbhənin indiki xəttində dayanmaq və "sonra nəsə barədə razılaşmaq" təklifini yenidən səsləndirib.
Onu da vurğulayaq ki, hazırda Rusiya Luqanskın demək olar 95 faizinə, Donetskin 75 faizinə nəzarət edir.
Habelə, Zaporojye və Xersonun da müəyyən hissəsi Rusiyanın işğalı altındadır.
Bu vəziyyətə baxmayaraq, Rusiya Trampdan gələn növbəti təklifi də rədd edir.Bəs, Ukrayna savaşı hansı ssenari ilə başa çatacaq?Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən siyasi şərhçi Abutalıb Səmədovun fikrincə, Trampla Putin arasında hansısa bir razılaşma əldə olunsa, əlverişsiz şərtlərlə sülhə məcbur etmək üçün Kiyevə təzyiqlər də artacaq:“Avropa və Ukrayna Rusiyaya qarşı Trampın kəskin mövqe tutmasında maraqlıdır.Rusiyaya təzyiq göstərmədən onu sülhə məcbur etməyin mümkünsüz olduğunu deyirlər.Tramp münasibətləri kəskinləşdirmək istəmir.
Alyaskada Trampla Putin arasında müəyyən razılaşmalar əldə edildi.
Tam oxu
Xəbəri oxu