Icma.az
close
up
RU
Rusiya atəşkəsə yenə “YOX” DEDİ Ukrayna üçün fəlakət ssenarisi YENİDƏN GÜNDƏMDƏ

Rusiya atəşkəsə yenə “YOX” DEDİ Ukrayna üçün fəlakət ssenarisi YENİDƏN GÜNDƏMDƏ

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Rusiya ABŞ Prezidenti Donald Trampın hazırki cəbhə xəttində əməliyyatları dayanmaq təklifini rədd edib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə jurnalistlərə açıqlamasında bildirib.
O, Vaşinqtonun sözügedən təklifinin rədd edildiyini deyərək, Rusiyanın bu məsələdə mövqeyinin aydın olduğunu qeyd edib:
“Rusiya mövqeyi dəyişikliyə uğramayıb və biz Ukraynadakı mövcud vəziyyətə dair hər hansı bir konkret rəsmiyyət gözləmirik”.
O, həmçinin, Moskva və Vaşinqtonun bu mövzuda əlaqə saxlayacağını və hər iki tərəfin işçi qrupu və ekspertlər səviyyəsində danışıqlar aparacaqlarını əlavə edib.
 

Qeyd edək ki, bir neçə gün əvvəl Tramp, Ukrayna ərazisinin indiki cəbhə xətti üzrə bölüşdürülməsi təklifini irəli sürüb.


Oktyabrın 20-də isə ABŞ Prezidenti Rusiya və Ukraynaya cəbhənin indiki xəttində dayanmaq və "sonra nəsə barədə razılaşmaq" təklifini yenidən səsləndirib.
 

Onu da vurğulayaq ki, hazırda Rusiya Luqanskın demək olar 95 faizinə, Donetskin 75 faizinə nəzarət edir. Habelə, Zaporojye və Xersonun da müəyyən hissəsi Rusiyanın işğalı altındadır.

 
Bu vəziyyətə baxmayaraq, Rusiya Trampdan gələn növbəti təklifi də rədd edir.
Bəs, Ukrayna savaşı hansı ssenari ilə başa çatacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən siyasi şərhçi Abutalıb Səmədovun fikrincə, Trampla Putin arasında hansısa bir razılaşma əldə olunsa, əlverişsiz şərtlərlə sülhə məcbur etmək üçün Kiyevə təzyiqlər də artacaq:
“Avropa və Ukrayna Rusiyaya qarşı Trampın kəskin mövqe tutmasında maraqlıdır.
Rusiyaya təzyiq göstərmədən onu sülhə məcbur etməyin mümkünsüz olduğunu deyirlər.
Tramp münasibətləri kəskinləşdirmək istəmir. Alyaskada Trampla Putin arasında müəyyən razılaşmalar əldə edildi. Son telefon danışığında da görünür, tərəflərin mövqeyində müəyyən üst-üstə düşən məqamlar olub ki, nəticədə Budapeştdə görüşməyi planlaşdırıblar”.
Ekspertin sözlərinə görə, Budapeştdə belə bir görüş baş tutsa, yəqin ki, müzakirələr müəyyən razılaşmalara gətirib çıxaracaq:
“Tramp qısa müddətdə sülhə nail olmaq istəyir. Düşünür ki, buna da yalnız Rusiyaya güzəştə getmək, onu dilə tutmaqla nail olmaq olar. Rusiyaya təzyiqlər, Ukraynanın daha çox silahlandırılması isə müharibənin uzanmasına gətirib çıxarır ki, bu da Trampın Nobel Sülh Mükafatı almaq planına uyğun deyil”.
Rusiya mövqeyindən güzəştə gedə bilər?
Politoloq qeyd edir ki, bu yanaşma dəyişməyənə qədər Rusiya özünün şıltaqlığını davam etdirəcək və qəbul olunması mümkün olmayan və ya çətin olan tələblər irəli sürməkdə davam edəcək:
 

“Moskvanın güzəştə meyllənməsi üçün isə Kiyevə yardımlar artırılmalı, Rusiya daha çox zərər görməlidir. Ən əsası Rusiyada əhali müharibənin davam etdirilməsinə qarşı çıxmalıdır.


Hələliksə bu baş vermir və yaxın günlərdə sözügedən proseslərin baş verəcəyi də gözlənilmir.
Son nəticədə Trampla Putin arasında yenə də hansısa razılaşmalar əldə olunsa, Kiyevə təzyiqlər davam edəcək və onu əlverişsiz şərtlərlə sülhə məcbur etməyə çalışacaqlar”.
Rüfət Sultan, Bizim.Media   

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 Oktyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri