Icma.az bildirir, Cebheinfo portalına istinadən. Rusiya əməliyyat həcminə görə Avropanın ən böyük kriptovalyuta bazarına çevrilib.
"Cebheinfo.az" xəbər verir ki, kriptovalyutalar üzrə analiz şirkəti "Chainalysis" yeni hesabatını yayımlayıb.
Bildirilib ki, 2023-cü ilin iyul ayından etibarən ölkədə həyata keçirilən kriptovalyuta əməliyyatlarının ümumi həcmi 376 milyard ABŞ dollarına çatıb.
Eyni dövrdə Böyük Britaniyada bu rəqəm 273 milyard dollar olaraq qeydə alınıb.
Mütəxəssislərə görə, bu mənzərə Rusiyada kriptovalyutaların artıq yalnız spekulyativ bir sərmayə deyil, həm də iş dünyasında və fərdi istifadəçilər arasında aktiv bir ödəniş vasitəsinə çevrildiyini göstərir.
“BFM TV”-yə danışan Tsifra Marketsin baş analitiki Aleksandr Krayko bildirib ki, kripto aktivlərin ticarət yönümlü dövrü artıq geridə qalıb və hazırda əməliyyatların əsas hissəsi transsərhəd köçürmələrdən ibarətdir.
Krayko hesab edir ki, Rusiya xüsusilə Asiya və Orta Şərq ölkələri ilə kripto əsaslı ticarət əməliyyatlarında regional maliyyə mərkəzinə çevrilə bilər.
Bu tendensiya bazarın yetkinləşdiyini və qəbul səviyyəsinin artdığını göstərir.