Icma.az
close
up
RU
Rusiya Avropanın ən böyük kriptovalyuta bazarına çevrildi

Rusiya Avropanın ən böyük kriptovalyuta bazarına çevrildi

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Rusiya əməliyyat həcminə görə Avropanın ən böyük kriptovalyuta bazarına çevrilib. 

"Cebheinfo.az" xəbər verir ki, kriptovalyutalar üzrə analiz şirkəti "Chainalysis" yeni hesabatını yayımlayıb.

Bildirilib ki, 2023-cü ilin iyul ayından etibarən ölkədə həyata keçirilən kriptovalyuta əməliyyatlarının ümumi həcmi 376 milyard ABŞ dollarına çatıb. Eyni dövrdə Böyük Britaniyada bu rəqəm 273 milyard dollar olaraq qeydə alınıb.

Mütəxəssislərə görə, bu mənzərə Rusiyada kriptovalyutaların artıq yalnız spekulyativ bir sərmayə deyil, həm də iş dünyasında və fərdi istifadəçilər arasında aktiv bir ödəniş vasitəsinə çevrildiyini göstərir.

“BFM TV”-yə danışan Tsifra Marketsin baş analitiki Aleksandr Krayko bildirib ki, kripto aktivlərin ticarət yönümlü dövrü artıq geridə qalıb və hazırda əməliyyatların əsas hissəsi transsərhəd köçürmələrdən ibarətdir.

Krayko hesab edir ki, Rusiya xüsusilə Asiya və Orta Şərq ölkələri ilə kripto əsaslı ticarət əməliyyatlarında regional maliyyə mərkəzinə çevrilə bilər. Bu tendensiya bazarın yetkinləşdiyini və qəbul səviyyəsinin artdığını göstərir.

“Astero Falcon” portfel meneceri Alena Nikolayeva isə Rusiyanın Avropa kripto bazarında zirvəyə qalxmasının səbəblərinin mürəkkəb olduğunu vurğulayıb.

Onun fikrincə, Qərb sanksiyaları ölkəni öz kripto infrastrukturunu inkişaf etdirməyə vadar edib. Böyük miqyaslı əməliyyatların həcmi 86 % artıb, rubla indeksli A7A5 adlı stabilcoin isə transsərhəd ödənişlərdə əsas vasitəyə çevrilib. Şirkətlər bu yolla dollar və avro üzərindəki məhdudiyyətləri aşa biliblər.

Mütəxəssislər Rusiyada təxminən 9 milyon insanın aktiv şəkildə kriptovalyuta saxladığını, 20 milyon insanın isə həyatında ən az bir dəfə kripto istifadə etdiyini təxmin edirlər.

Gənc nəsil üçün kriptovalyuta artıq yalnız sərmayə deyil, həm də yığım və beynəlxalq ödəniş vasitəsi kimi qəbul edilir. 

“Financial Times”-ın məlumatına görə, yalnız bu ilin ilk dörd ayında rublla dəstəklənən A7A5 stabilcoin üzərindən 9,5 milyard dollar həcmində əməliyyat həyata keçirilib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Oktyabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see180

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see175

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see165

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see150

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see145

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri