Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Azərbaycanın AZAL-a məxsus mülki təyyarəsinin vurulması birbaşa beynəlxalq hüquq normalarının pozulmasıdır.
Beynəlxalq hüquq normalarına müvafiq olaraq, dövlətlər uçuşların normal şəkildə həyata keçirilməsi və təhlükəsizliyin təmin olunması üçün müvafiq öhdəliklər götürüblər.
Öhdəliklər “Mülki Aviasiya haqqında” 1944-cü il Çikaqo Konvensiyası və “Beynəlxalq Hava daşımaları üçün müəyyən qaydaların unifikasiyası haqqında” 1999-cu il Monreal Konvensiyalarının tələblərindən yaranana öhdəliklərdir"Bu sözləri Demokrat.az-a açıqlamasında hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev deyib.
O bildirib ki, Mülki Aviasiya haqqında Konvensiyana görə, razılığa gələn hər bir dövlət uçuş zamanı mülki hava gəmilərinə qarşı silahdan istifadə etməkdən çəkinməlidir və ələ keçirildiyi halda, təyyarənin göyərtəsində olan şəxslərin həyatına, onların təhlükəsizliyinə təhlükə yaranmamalıdır:"Bu müddəa BMT Nizamnaməsində təsbit olunub, dövlətlərin hüquq və öhdəliklərini heç bir şəkildə dəyişdirilməsi kimi şərh edilməməlidir.Konvensiyanın 26-cı maddəsində göstərilir ki, razılığa gələn dövlətin hava gəmisi digər razılığa gələn dövlətin ərazisində baş veribsə, ölüm və ya ciddi xəsarətlə nəticələnən və ya hava gəmisində, aeronaviqasiya qurğularında ciddi texniki nasazlığı göstərən qəza halında, qəzanın baş verdiyi dövlətin qanunvericiliyinə müvafiq olaraq, Beynəlxalq Mülki Aviasiya Təşkilatının tövsiyə edə biləcəyi qaydada qəzanın halları ilə bağlı araşdırma aparmalıdır.
Bununla yanaşı, hava gəmisinin mənsub olduğu dövlətə prosesdə yaxından iştirak etməyə, müşahidəçilərin təyin olunmasında iştirak etməyə şərait yaratmalıdır".Hüquqşünas qeyd edib ki, məsələ haqqınxa beynəlxalq mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə aktları ilə mübarizə məsələlərinə həsr olunmuş ikitərəfli sazişləri də qeyd etmək olar:"Göründüyü kimi, qeyd olunan konvensiyaların müddəaları ciddi şəkildə pozulub.
Araşdırma zamanı təyyarənin Rusiya tərəfindən vurulması təsdiqlənib.
Bu halda, Rusiya hadisə baş verən zaman Konvensiyanın 3-cü maddəsinə görə insanların həyatına təhlükə yaratmamalı, dərhal təhlükəsizliyin təmin olunması istiqamətində addım atmalı, habelə təyyarənin enişinə şərait yaratmalı idi.