Icma.az
close
up
RU
Rusiya AZAL ın təyyarəsini vurduğuna görə hansı beynəlxalq normaları pozur? AÇIQLAMA

Rusiya AZAL ın təyyarəsini vurduğuna görə hansı beynəlxalq normaları pozur? AÇIQLAMA

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azərbaycanın AZAL-a məxsus mülki təyyarəsinin vurulması birbaşa beynəlxalq hüquq normalarının pozulmasıdır. Beynəlxalq hüquq normalarına müvafiq olaraq, dövlətlər uçuşların normal şəkildə həyata keçirilməsi və təhlükəsizliyin təmin olunması üçün müvafiq öhdəliklər götürüblər. Öhdəliklər “Mülki Aviasiya haqqında” 1944-cü il Çikaqo Konvensiyası və “Beynəlxalq Hava daşımaları üçün müəyyən qaydaların unifikasiyası haqqında” 1999-cu il Monreal Konvensiyalarının tələblərindən yaranana öhdəliklərdir"
Bu sözləri Demokrat.az-a açıqlamasında hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev deyib. 
O bildirib ki, Mülki Aviasiya haqqında Konvensiyana görə, razılığa gələn  hər bir dövlət uçuş zamanı mülki hava gəmilərinə qarşı silahdan istifadə etməkdən çəkinməlidir və ələ keçirildiyi halda, təyyarənin göyərtəsində olan şəxslərin həyatına, onların təhlükəsizliyinə təhlükə yaranmamalıdır:
"Bu müddəa BMT Nizamnaməsində təsbit olunub, dövlətlərin hüquq və öhdəliklərini heç bir şəkildə dəyişdirilməsi kimi şərh edilməməlidir.
Konvensiyanın 26-cı maddəsində göstərilir ki, razılığa gələn dövlətin hava gəmisi digər razılığa gələn dövlətin ərazisində baş veribsə, ölüm və ya ciddi xəsarətlə nəticələnən və ya hava gəmisində, aeronaviqasiya qurğularında ciddi texniki nasazlığı göstərən qəza halında, qəzanın baş verdiyi dövlətin qanunvericiliyinə müvafiq olaraq, Beynəlxalq Mülki Aviasiya Təşkilatının tövsiyə edə biləcəyi qaydada qəzanın halları ilə bağlı araşdırma aparmalıdır. Bununla yanaşı, hava gəmisinin mənsub olduğu dövlətə prosesdə yaxından iştirak etməyə, müşahidəçilərin təyin olunmasında iştirak etməyə şərait yaratmalıdır".
Hüquqşünas qeyd edib ki, məsələ haqqınxa  beynəlxalq mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə aktları ilə mübarizə məsələlərinə həsr olunmuş ikitərəfli sazişləri də qeyd etmək olar:
"Göründüyü kimi, qeyd olunan konvensiyaların müddəaları ciddi şəkildə pozulub. Araşdırma zamanı təyyarənin Rusiya tərəfindən vurulması təsdiqlənib. Bu halda, Rusiya hadisə baş verən zaman Konvensiyanın 3-cü maddəsinə görə insanların həyatına təhlükə yaratmamalı, dərhal təhlükəsizliyin təmin olunması istiqamətində addım atmalı, habelə təyyarənin enişinə şərait yaratmalı idi. 1970-ci ildən “Beynəlxalq Mülki Aviasiya haqqında” Konvensiyanın iştirakçısı olan Rusiya ona qarşı açıqcasına hörmətsizlik nümayiş etdirib. Eyni zamanda Rusiya ilə Azərbaycan arasında 1993-cü ildə bağlanılmış “Hava əlaqəsi haqqında” ikitərəfli Sazişin də müddəaları pozulub. Mövcud vəziyyətdə beynəlxalq hüquq pozuntusu nəticəsində Azərbaycana vurduğu zərərin nəticələrini aradan qaldırmaq Rusiyanın birbaşa vəzifəsidir".
Onun sözlərinə görə, dövlətin beynəlxalq məsuliyyəti onun beynəlxalq-hüquqi öhdəliyinin pozulmasına görə ortaya çıxır:
"Demək olar ki, Rusiya həm maddi, həm də qeyri-maddi məsuliyyət daşıyır. Məsuliyyətin bu növü də Beynəlxalq adət hüququnda tanınıb və BMT Beynəlxalq hüquq komissiyasının Layihəsində öz əksini tapıb".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Yanvar 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see263

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see197

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see189

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see182

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see174

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see159

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see129

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see127

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri