Rusiya Azərbaycandan nə istəyir?

28.08.2026

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


"Rusiyanın Azərbaycana qarşı son zamanlar daha da aqressiv formada təxribatlara əl atması belə bir sual doğurur: Rusiya Azərbaycandan nə istəyir? Bunun tək bir cavabı var. Rusiya Azərbaycanın müstəqilliyini, azadlığını və suverenliyini məhdudlaşdırmaq istəyir".
Newscenter.az xəbər verir ki, Konfliktologiya Beynəlxalq Araşdırmalar Mərkəzi sədr Vüqar Qədirov deyib. Onun sözlərinə görə, Rusiya Azərbaycanın Türk Dünyasına verdiyi dəstəyi, bu coğrafiyada mövqeyinin möhkəmlənməsini həzm edə bilmədiyini aqressiv davranışları ilə nümayiş etdirir:

"Paşinyanın Putini deyil, İlham Əliyevi eşitməsi də Rusiyada ciddi narahatlıq doğurur.
Ukrayna bataqlığında getdikcə daha çox çətinliklə üzləşən Rusiyanın öz ətrafında Türk Dünyasının güclənməsini müşahidə etməkdən başqa çox şey edə bilməməsi, imperiya maraqlarından əl çəkməyən şovinist qüvvələri ölkəmizə qarşı müxtəlif təxribatlara əl atmağa sövq edir".
Vüqar Qədirov qeyd edib ki, Azərbaycan isə təbii olaraq bu təxribatlara öz dövlət maraqları və beynəlxalq hüququn verdiyi imkanlar çərçivəsində cavab verir və bundan sonra da verəcək:
"Əsas məsələlərdən biri xalqımızın ayıq-sayıq olması, milli birliyimizi və həmrəyliyimizi qorumasıdır. Azərbaycanın müstəqilliyi, suverenliyi və milli maraqları ətrafında həmrəyliyimizi daha da gücləndirməliyik".
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью