Rusiya Azərbaycandan nə istəyir?
Icma.az bildirir, Newscenter.az portalına istinadən.
"Rusiyanın Azərbaycana qarşı son zamanlar daha da aqressiv formada təxribatlara əl atması belə bir sual doğurur: Rusiya Azərbaycandan nə istəyir? Bunun tək bir cavabı var. Rusiya Azərbaycanın müstəqilliyini, azadlığını və suverenliyini məhdudlaşdırmaq istəyir".
Newscenter.az xəbər verir ki, Konfliktologiya Beynəlxalq Araşdırmalar Mərkəzi sədr Vüqar Qədirov deyib. Onun sözlərinə görə, Rusiya Azərbaycanın Türk Dünyasına verdiyi dəstəyi, bu coğrafiyada mövqeyinin möhkəmlənməsini həzm edə bilmədiyini aqressiv davranışları ilə nümayiş etdirir:

"Paşinyanın Putini deyil, İlham Əliyevi eşitməsi də Rusiyada ciddi narahatlıq doğurur.
Ukrayna bataqlığında getdikcə daha çox çətinliklə üzləşən Rusiyanın öz ətrafında Türk Dünyasının güclənməsini müşahidə etməkdən başqa çox şey edə bilməməsi, imperiya maraqlarından əl çəkməyən şovinist qüvvələri ölkəmizə qarşı müxtəlif təxribatlara əl atmağa sövq edir".
Vüqar Qədirov qeyd edib ki, Azərbaycan isə təbii olaraq bu təxribatlara öz dövlət maraqları və beynəlxalq hüququn verdiyi imkanlar çərçivəsində cavab verir və bundan sonra da verəcək:
"Əsas məsələlərdən biri xalqımızın ayıq-sayıq olması, milli birliyimizi və həmrəyliyimizi qorumasıdır. Azərbaycanın müstəqilliyi, suverenliyi və milli maraqları ətrafında həmrəyliyimizi daha da gücləndirməliyik".
Süleyman
Bu mövzuda digər xəbərlər:Rusiya Azərbaycandan başqa nə istəyir?
22 İyul 2025 13:40
Rusiya Azərbaycandan bunu istəyir
21 İyul 2025 16:00
Zatulin etiraf etdi: Görün Rusiya Azərbaycandan nə istəyir
05 Sentyabr 2025 09:48
Makronun marionet hökuməti Azərbaycandan nə istəyir?
08 Yanvar 2025 13:05
Vladimirin sərsəmləməsi: Rusiya Azərbaycandan nə istəyib?
11 İyun 2025 14:01
Baxış sayı:40
Bu xəbər 28 Avqust 2026 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















