Rusiya Azərbaycanın tələb etdiyi kompensasiyanı verəcək AÇIQLAMA | Icma.az
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci sammitində həm Rusiya, həm Azərbaycan liderləri, eləcə də dünyanın 20-dən çox ölkəsinin rəhbərləri iştirak edirdi.
Sammitdə Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla sülh müqaviləsinin paraflanmasını qeyd etdi və Çinlə strateji əməkdaşlığın daha da artdığını vurğuladı.
Həmçinin gələcəkdə Zəngəzur dəhlizinin, yəni Tramp marşrutunun açılmasının həm Cənub-Şərq, həm Şimal-Cənub marşrutlarına böyük töhfə verəcəyi sammit iştirakçılarının nəzərinə çatdırıldı".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Elşad Həsənov Çində Azərbaycan Prezidenti ilə Rusiya lideri arasında görüşün keçirilməməsi, hazırkı Azərbaycan-Rusiya münasibətlərindən danışarkən bildirdi.
"Keçən il dekabrın 25-dən etibarən Rusiya ilə Azərbaycan arasında yaranan soyuqluqlar, xüsusilə iyunun 27-də Yekaterinburqda iki nəfər azərbaycanlının öldürülməsi ilə nəticələnən vandal hərəkətlər münasibətlərin daha da soyumasına səbəb oldu.
Rusiyada Azərbaycana qarşı kiber və informasiya müharibəsi hələ də davam edir.
Buna baxmayaraq, yaxınlarda Həştərxanda Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə Rusiyanın Baş nazirinin müavini arasında görüş keçirildi, enerji daşıyıcıları və nəqliyyat sahəsində bir sıra məsələlər razılaşdırıldı və sənədlər imzalandı.
Tam oxu
Xəbəri oxu