Icma.az
close
up
RU
Rusiya Azərbaycanın tələb etdiyi kompensasiyanı verəcək AÇIQLAMA

Rusiya Azərbaycanın tələb etdiyi kompensasiyanı verəcək AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci sammitində həm Rusiya, həm Azərbaycan liderləri, eləcə də dünyanın 20-dən çox ölkəsinin rəhbərləri iştirak edirdi. Sammitdə Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla sülh müqaviləsinin paraflanmasını qeyd etdi və Çinlə strateji əməkdaşlığın daha da artdığını vurğuladı. Həmçinin gələcəkdə Zəngəzur dəhlizinin, yəni Tramp marşrutunun açılmasının həm Cənub-Şərq, həm Şimal-Cənub marşrutlarına böyük töhfə verəcəyi sammit iştirakçılarının nəzərinə çatdırıldı".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Elşad Həsənov Çində Azərbaycan Prezidenti ilə Rusiya lideri arasında görüşün keçirilməməsi, hazırkı Azərbaycan-Rusiya münasibətlərindən danışarkən bildirdi.

"Keçən il dekabrın 25-dən etibarən Rusiya ilə Azərbaycan arasında yaranan soyuqluqlar, xüsusilə iyunun 27-də Yekaterinburqda iki nəfər azərbaycanlının öldürülməsi ilə nəticələnən vandal hərəkətlər münasibətlərin daha da soyumasına səbəb oldu. Rusiyada Azərbaycana qarşı kiber və informasiya müharibəsi hələ də davam edir. Buna baxmayaraq, yaxınlarda Həştərxanda Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə Rusiyanın Baş nazirinin müavini arasında görüş keçirildi, enerji daşıyıcıları və nəqliyyat sahəsində bir sıra məsələlər razılaşdırıldı və sənədlər imzalandı. Ondan sonra Rusiyanın xarici işlər naziri Lavrov ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı oldu. Bu, müəyyən mənada yaxınlaşma və vəziyyəti normallaşdırma meyillərinin göstəricisi idi", - deyə o qeyd etdi.

Politoloq hesab edir ki, Azərbaycan üçün Rusiya yaxın qonşu və strateji əhəmiyyətli ölkədir:

"2022-ci ilin fevralında iki ölkə arasında strateji bəyannamə imzalanıb. Lakin Rusiya səmasında Azərbaycan təyyarəsinin vurulması beynəlxalq hüquq normalarına uyğun tələbimizin irəli sürülməsinə səbəb oldu. Bu günə qədər təyyarənin vurulması ilə bağlı kompensasiya ödənilməyib, məsuliyyət daşıyanlar cəzalandırılmayıb və üzrxahlıq edilməyib. Bu, Azərbaycan-Rusiya münasibətlərində soyuqluğa səbəb olan əsas amillərdəndir. Eyni zamanda vurulan təyyarədə həlak olanlar arasında Rusiya vətəndaşları da var, bu isə hadisənin qəsdən edilmədiyini göstərir. Sammit çərçivəsində Azərbaycan Prezidenti və birinci vitse-prezident Mehriban Əliyeva Putin ilə qısa görüş keçirdi. Prezident çıxışında ölkələr arasında problemlərin ola biləcəyini, lakin fundamental məsələlərdə güzəştə getməyin mümkün olmadığını vurğuladı. Fundamental məsələlər dedikdə, Azərbaycanla Rusiya arasında iqtisadi və nəqliyyat əlaqələri, Azərbaycanın sanksiyalardan keçmədən öz yolunu qoruması nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, humanitar yardım göstərir və beynəlxalq hüquq normalarına uyğun hərəkət edir".

Müsahibimizin fikrincə, yaxın gələcəkdə təyyarə ilə bağlı istintaq başa çatacaq və Rusiya Azərbaycanın tələb etdiyi kompensasiyanı verəcək.

"Azərbaycan isə Rusiya ilə düşmən olmaq, müharibə aparmaq niyyətində deyil. Bizim üçün önəmli olan Rusiya ilə münasibətlərin normallaşmasıdır, çünki Rusiyada üç milyona yaxın soydaşımız yaşayır və soyuqluq dövründə onlara qarşı vandal hərəkətlər, bizneslərinin əlindən alınması və həbs halları baş verib. Münasibətlər normallaşdıqdan sonra bütün bu məsələlərin həll olunacağına inanıram",- deyə Elşad Həsənov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Sentyabr 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri