“Rusiya Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunmasında maraqlıdır”

09.01.2025

Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Moskva Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasında maraqlıdır”.

Missiya.Az xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

O, bildirib ki, Moskva İrəvan və Bakı ilə münasibətləri bundan sonra da inkişaf etdirəcək. 

Peskov Cənubi Qafqazın Rusiya üçün uzaq region olmadığını qeyd edib:

“Biz istəyirik ki, Cənubi Qafqazda sülh, sabitlik, qarşılıqlı inam və təhlükəsizlik mühiti olsun. Bizim həm Ermənistanla, həm də Azərbaycanla yaxşı münasibətlərimiz var və biz bu əlaqələri yüksək qiymətləndiririk. Biz bu münasibətləri daha da inkişaf etdirmək üçün hər şeyi etmək niyyətindəyik”, - deyə siyasətçi vurğulayıb.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью