“Rusiya Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunmasında maraqlıdır”
Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Moskva Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasında maraqlıdır”.
Missiya.Az xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
O, bildirib ki, Moskva İrəvan və Bakı ilə münasibətləri bundan sonra da inkişaf etdirəcək.
Peskov Cənubi Qafqazın Rusiya üçün uzaq region olmadığını qeyd edib:
“Biz istəyirik ki, Cənubi Qafqazda sülh, sabitlik, qarşılıqlı inam və təhlükəsizlik mühiti olsun. Bizim həm Ermənistanla, həm də Azərbaycanla yaxşı münasibətlərimiz var və biz bu əlaqələri yüksək qiymətləndiririk. Biz bu münasibətləri daha da inkişaf etdirmək üçün hər şeyi etmək niyyətindəyik”, - deyə siyasətçi vurğulayıb.
Daşqın Həsənov
Missiya.Az

Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır
23 Yanvar 2025 17:17
Cənubi Qafqazda Qərb Rusiya toqquşmasi Yerevanda başlayır
09 Yanvar 2025 14:10
Qərb Cənubi Qafqazda vəziyyəti sabitsizləşdirməyə çalışır Rusiya
10 Fevral 2025 13:57
Türkiyə Rusiya danışıqları: “Cənubi Qafqazda sülhün qorunması...”
24 Fevral 2025 16:22

