Rusiya Əfqanıstana 200 milyon dollar dəyərində mal tədarük edəcək

25.11.2026

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


Rusiya Əfqanıstana 200 milyon dollar dəyərində mal tədarük etməyə razılıq verib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya Ticarət və Sənaye Palatasının Əfqanıstanla Əməkdaşlıq üzrə Biznes Şurasının rəhbəri Dmitri Antonov deyib. O, Rusiya Baş nazirin müavini Aleksey Overçukun Kabilə səfərindən sonra bildirib ki, Kabildə keçirilən Rusiya-Əfqanıstan biznes forumu zamanı Rusiyadan Əfqanıstana 200 milyon dollara qədər dəyərində məhsul tədarükü ilə bağlı razılaşmalar əldə edilib.
Onun sözlərinə görə, biznes şurası Overçukun Əfqanıstan hökuməti ilə Avrasiya İqtisadi Komissiyası arasında texniki tənzimləmə və standartlar məsələləri üzrə əlaqələrin qurulması təklifini dəstəkləyib.
"Aleksey Overçukun təklifini vaxtında və ticarət-iqtisadi əməkdaşlığın inkişafı üçün vacib hesab edirik. Bu cür əlaqələrin qurulması bizə qarşılıqlı tədarük zamanı bizneslərin qarşılaşdığı praktik məsələləri müzakirə etməyə imkan verəcək", - deyə biznes şurasının rəhbəri qeyd edib.
Cavid İmaməliyev
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью