Rusiya Əfqanıstana 200 milyon dollar dəyərində mal tədarük edəcək
Icma.az bildirir, Newscenter.az portalına istinadən.
Rusiya Əfqanıstana 200 milyon dollar dəyərində mal tədarük etməyə razılıq verib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya Ticarət və Sənaye Palatasının Əfqanıstanla Əməkdaşlıq üzrə Biznes Şurasının rəhbəri Dmitri Antonov deyib. O, Rusiya Baş nazirin müavini Aleksey Overçukun Kabilə səfərindən sonra bildirib ki, Kabildə keçirilən Rusiya-Əfqanıstan biznes forumu zamanı Rusiyadan Əfqanıstana 200 milyon dollara qədər dəyərində məhsul tədarükü ilə bağlı razılaşmalar əldə edilib.
Onun sözlərinə görə, biznes şurası Overçukun Əfqanıstan hökuməti ilə Avrasiya İqtisadi Komissiyası arasında texniki tənzimləmə və standartlar məsələləri üzrə əlaqələrin qurulması təklifini dəstəkləyib.
"Aleksey Overçukun təklifini vaxtında və ticarət-iqtisadi əməkdaşlığın inkişafı üçün vacib hesab edirik. Bu cür əlaqələrin qurulması bizə qarşılıqlı tədarük zamanı bizneslərin qarşılaşdığı praktik məsələləri müzakirə etməyə imkan verəcək", - deyə biznes şurasının rəhbəri qeyd edib.
Cavid İmaməliyev
Bu mövzuda digər xəbərlər:Rusiya Əfqanıstana terrorla mübarizədə kömək edəcək
12 Dekabr 2024 17:25
Özbəkistan gələn il Əfqanıstana elektrik enerjisi tədarük edəcək
18 Noyabr 2025 22:41
Azərbaycan Əfqanıstana pambıq yağı tədarük etməyə başlayıb
07 Mart 2026 15:21
Rusiya Əfqanıstana taxıl tədarükünü artıracaq
13 Noyabr 2026 01:29
Britaniya iki ayda Ukraynaya 200 milyon dollar dəyərində sursat tədarük edib
21 İyul 2025 17:22
Baxış sayı:63
Bu xəbər 25 Noyabr 2026 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















