Rusiya əleyhinə 20 ci sanksiya paketinə “kölgə donanmaları” da daxil ola bilər

29.01.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketinə “kölgə donanması”na məxsus gəmilərin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər də daxil ola bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Jan Noel Barro Brüsseldə keçirilən Aİ xarici siyasət rəhbərlərinin görüşündə çıxış edərkən bildirib.
“Rusiyaya qarşı 20-ci sanksiya paketinin 18-ci və 19-cu sanksiyalar qədər güclü olmasını və xüsusilə sərt tədbirləri, xüsusilə də, dəniz nəqliyyatına qadağa qoyulmasını, “kölgə donanması”nın hərəkətinə mane olmasını təmin etmək üçün səylərimizi davam etdiririk”, - nazir bildirib.
Həmçinin, Fransa xarici işlər naziri bu gəmilərdən birinin bir neçə gün əvvəl Fransa Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanıldığını bildirib.
Qeyd edək ki, 8 yanvar tarixində Avropa Komissiyasının (AK) xüsusi nümayəndəsi Anita Hipper AK-nın “kölgə donanması”na qarşı sanksiyaların tətbiqini dəstəklədiyini bildirib. O, həmçinin qeyd edib ki, Aİ artıq Qərbdə “kölgə donanması” adlandırılan və xarici bayraqlar altında Rusiya neftini daşımaqda şübhəli bilinən 597 tankeri qara siyahıya alıb. Bir gəminin Aİ-nin qara siyahısına daxil edilməsi onun Aİ limanlarına daxil olmasını qadağan edir, həmçinin, Avropa bankları və sığorta şirkətlərinin ona hər hansı maliyyə və ya digər xidmətlər göstərməsinə icazə vermir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью