Rusiya əleyhinə 20 ci sanksiya paketinə “kölgə donanmaları” da daxil ola bilər
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketinə “kölgə donanması”na məxsus gəmilərin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər də daxil ola bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Jan Noel Barro Brüsseldə keçirilən Aİ xarici siyasət rəhbərlərinin görüşündə çıxış edərkən bildirib.
“Rusiyaya qarşı 20-ci sanksiya paketinin 18-ci və 19-cu sanksiyalar qədər güclü olmasını və xüsusilə sərt tədbirləri, xüsusilə də, dəniz nəqliyyatına qadağa qoyulmasını, “kölgə donanması”nın hərəkətinə mane olmasını təmin etmək üçün səylərimizi davam etdiririk”, - nazir bildirib.
Həmçinin, Fransa xarici işlər naziri bu gəmilərdən birinin bir neçə gün əvvəl Fransa Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanıldığını bildirib.
Qeyd edək ki, 8 yanvar tarixində Avropa Komissiyasının (AK) xüsusi nümayəndəsi Anita Hipper AK-nın “kölgə donanması”na qarşı sanksiyaların tətbiqini dəstəklədiyini bildirib. O, həmçinin qeyd edib ki, Aİ artıq Qərbdə “kölgə donanması” adlandırılan və xarici bayraqlar altında Rusiya neftini daşımaqda şübhəli bilinən 597 tankeri qara siyahıya alıb. Bir gəminin Aİ-nin qara siyahısına daxil edilməsi onun Aİ limanlarına daxil olmasını qadağan edir, həmçinin, Avropa bankları və sığorta şirkətlərinin ona hər hansı maliyyə və ya digər xidmətlər göstərməsinə icazə vermir.
Bu mövzuda digər xəbərlər:20 ci sanksiya paketinə doğru...
18 Dekabr 2025 10:04
İsveçrə Rusiya əleyhinə sanksiya siyahısını yeniləyir
13 Yanvar 2026 16:12
Media: Avropa Komissiyası bu gün Rusiya əleyhinə 20 ci sanksiya paketini təqdim edəcək
04 Fevral 2026 15:16
Spiker: Gürcüstan Rusiya əleyhinə heç bir sanksiya...
04 Noyabr 2024 18:43
AB Rusiyaya qarşı 20 ci sanksiya paketinə üçüncü ölkə limanlarını daxil edə bilər
10 Fevral 2026 12:33
Baxış sayı:153
Bu xəbər 29 Yanvar 2026 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















