Rusiya Ermənistan maşınlarını sərhəddən buraxmır

17.06.2026

Icma.az, Modern.az saytına istinadən bildirir.

Rusiya-Gürcüstan sərhədində yerləşən “Yuxarı Lars” sərhəd-keçid məntəqəsində artıq təxminən 20 gündür mürəkkəb vəziyyət davam edir və nəticədə Ermənistana gedən yük maşınlarının kilometrlərlə uzanan növbəsi yaranıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, yüzlərlə yük avtomobili sərhədi keçmək və Ermənistana qayıtmaq üçün günlərlə növbə gözləyir.

Sürücülərdən biri qəzetə bildirib ki, növbə talonlarının bronlaşdırılması prosesi demək olar ki, irəliləmir. Onun sözlərinə görə, Rusiya tərəfi hər gün yalnız bir neçə yük avtomobilinin keçidinə icazə verir.

“Qalan maşınlar isə sərhəddə qalaraq öz növbələrini gözləməyə məcbur olurlar”, - deyə sürücü qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью