Rusiya Ermənistan maşınlarını sərhəddən buraxmır
Icma.az, Modern.az saytına istinadən bildirir.
Rusiya-Gürcüstan sərhədində yerləşən “Yuxarı Lars” sərhəd-keçid məntəqəsində artıq təxminən 20 gündür mürəkkəb vəziyyət davam edir və nəticədə Ermənistana gedən yük maşınlarının kilometrlərlə uzanan növbəsi yaranıb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, yüzlərlə yük avtomobili sərhədi keçmək və Ermənistana qayıtmaq üçün günlərlə növbə gözləyir.
Sürücülərdən biri qəzetə bildirib ki, növbə talonlarının bronlaşdırılması prosesi demək olar ki, irəliləmir. Onun sözlərinə görə, Rusiya tərəfi hər gün yalnız bir neçə yük avtomobilinin keçidinə icazə verir.
“Qalan maşınlar isə sərhəddə qalaraq öz növbələrini gözləməyə məcbur olurlar”, - deyə sürücü qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 17 İyun 2026 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















