Rusiya Fars körfəzi ilə bağlı hərəkətə keçir Moskva nə təklif edir?

02.11.2026

Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya Fars körfəzində vəziyyətin sabitləşməsinə yardım göstərməyə hazır olduğunu bəyan edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında yayılan məlumatda bildirilib.

Rusiya XİN vurğulayıb ki, Moskva strateji əhəmiyyətə malik bu regionda vəziyyətin davamlı şəkildə sabitləşdirilməsinə töhfə verməyə hazırdır.

Söhbət, xüsusilə, may ayında yenilənmiş Fars körfəzi zonasında kollektiv təhlükəsizliyin təmin edilməsi Konsepsiyasında yer alan təkliflərdən istifadə olunmasından gedir. Xarici siyasət idarəsi, həmçinin qeyd edib ki, Rusiya və İran regionda siyasi-diplomatik prosesin bərpasının tərəfdarıdır.

Xatırladaq ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bəhreynin xarici işlər naziri Əbdüllətif əz-Zəyyani ilə Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini müzakirə edib. Tərəflər Yaxın Şərqdə gərginliyin azaldılmasının və ABŞ-la İran arasında danışıqların bərpasının vacibliyini vurğulayıblar.

AzPost.az

Post navigation

Previous: Pensiyaya çıxmağınıza az qalıb? – Bu 7 səhv gələcək pensiyanıza təsir edə bilər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью