Rusiya Fars körfəzi ilə bağlı hərəkətə keçir Moskva nə təklif edir?
Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya Fars körfəzində vəziyyətin sabitləşməsinə yardım göstərməyə hazır olduğunu bəyan edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında yayılan məlumatda bildirilib.
Rusiya XİN vurğulayıb ki, Moskva strateji əhəmiyyətə malik bu regionda vəziyyətin davamlı şəkildə sabitləşdirilməsinə töhfə verməyə hazırdır.
Söhbət, xüsusilə, may ayında yenilənmiş Fars körfəzi zonasında kollektiv təhlükəsizliyin təmin edilməsi Konsepsiyasında yer alan təkliflərdən istifadə olunmasından gedir. Xarici siyasət idarəsi, həmçinin qeyd edib ki, Rusiya və İran regionda siyasi-diplomatik prosesin bərpasının tərəfdarıdır.
Xatırladaq ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bəhreynin xarici işlər naziri Əbdüllətif əz-Zəyyani ilə Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini müzakirə edib. Tərəflər Yaxın Şərqdə gərginliyin azaldılmasının və ABŞ-la İran arasında danışıqların bərpasının vacibliyini vurğulayıblar.
Post navigationPrevious: Pensiyaya çıxmağınıza az qalıb? – Bu 7 səhv gələcək pensiyanıza təsir edə bilər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 02 Noyabr 2026 21:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















