Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Rosavtodor (Rusiya Federal Yol Agentliyi) Şimali Osetiyanın dövlət qurumları ilə bağlı yeni layihəyə start verib.
Avtosfer.az xəbər verir ki, Gürcüstanla sərhəddəki Yuxarı Lars keçid məntəqəsinə yaxın ərazilərdə atılmış avtomobillər toplanaraq metal qəbulu məntəqəsinə təhvil veriləcək. Söhbət 4 ildən çoxdur Hərbi Gürcüstan yolunda atılıb qalmış 400-dən çox avtomobildən gedir.
Sənədləri qaydasında olmadığı üçün bu maşınları sahibləri yolda ataraq gedib. Bu müddət ərzində avtomobillərin bütün yararlı detalları çıxarılıb, yalnız kuzov qalıb. Yol kənarında metal tullantısına çevrilmiş maşınlar digər nəqliyyat vasitələrinin hərəkətinə, xüsusən də qış aylarında çətinlik yaradır.
Vüqar