Rusiya Gürcüstan sərhədindəki avtomobillər “metalloma” göndərilir
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Rosavtodor (Rusiya Federal Yol Agentliyi) Şimali Osetiyanın dövlət qurumları ilə bağlı yeni layihəyə start verib.
Avtosfer.az xəbər verir ki, Gürcüstanla sərhəddəki Yuxarı Lars keçid məntəqəsinə yaxın ərazilərdə atılmış avtomobillər toplanaraq metal qəbulu məntəqəsinə təhvil veriləcək. Söhbət 4 ildən çoxdur Hərbi Gürcüstan yolunda atılıb qalmış 400-dən çox avtomobildən gedir.
Sənədləri qaydasında olmadığı üçün bu maşınları sahibləri yolda ataraq gedib. Bu müddət ərzində avtomobillərin bütün yararlı detalları çıxarılıb, yalnız kuzov qalıb. Yol kənarında metal tullantısına çevrilmiş maşınlar digər nəqliyyat vasitələrinin hərəkətinə, xüsusən də qış aylarında çətinlik yaradır.
Vüqar
Baxış sayı:122
Bu xəbər 27 Sentyabr 2026 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















