“Rusiya ilə ancaq güc dilində danışmaq lazımdır” ŞƏRH | Icma.az
Icma.az, Gununsesi saytına istinadən bildirir. “Ukrayna indiki şəraitdə heç bir torpaq güzəştini etmək istəmir.
Krım məsələsi növbəti mərhələyə saxlanılır, amma mövcud xətt üzrə atəşkəs elan olunur. Rusiya tərəfi isə buna razılaşmır.
Rusiya yalnız bunun müqabilində Donbasın inzibati sərhədlərindən çıxmaqla Ukrayna qoşunlarının tamamilə Donbasdan geri çəkilməsini tələb edir”.
Bu fikirləri Gununsesi.info-ya Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib: “Ukrayna isə bunu qəbul etmir.
Ona görə də hesab edirəm ki, ilk növbədə tərəfləri atəşkəsə məcbur etmək üçün, xüsusilə Rusiyanı atəşkəsə cəlb etmək üçün Ukraynaya indiyədək göstərilən hərbi yardımlar daha da davam etdirilməlidir.
Qərb Ukraynaya kifayət qədər silah verib və bu səbəbdən Rusiya danışıqlar masasına oturub.
Əvvəl 5 region tələb edirdilər, indi isə Donbasla kifayətlənirlər. Rusiyanı yalnız güc dili ilə başa salmaq olar. Qərbin də yanaşması budur.
Rəsmilər də vurğulayırlar ki, Rusiya ilə ancaq güc dilində danışmaq lazımdır.
Tam oxu
Xəbəri oxu