Icma.az
close
up
RU
“Rusiya ilə ancaq güc dilində danışmaq lazımdır” ŞƏRH

“Rusiya ilə ancaq güc dilində danışmaq lazımdır” ŞƏRH

Icma.az, Gununsesi saytına istinadən bildirir.

“Ukrayna indiki şəraitdə heç bir torpaq güzəştini etmək istəmir. Krım məsələsi növbəti mərhələyə saxlanılır, amma mövcud xətt üzrə atəşkəs elan olunur. Rusiya tərəfi isə buna razılaşmır. Rusiya yalnız bunun müqabilində Donbasın inzibati sərhədlərindən çıxmaqla Ukrayna qoşunlarının tamamilə Donbasdan geri çəkilməsini tələb edir”.

Bu fikirləri Gununsesi.info-ya Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib:

“Ukrayna isə bunu qəbul etmir. Ona görə də hesab edirəm ki, ilk növbədə tərəfləri atəşkəsə məcbur etmək üçün, xüsusilə Rusiyanı atəşkəsə cəlb etmək üçün Ukraynaya indiyədək göstərilən hərbi yardımlar daha da davam etdirilməlidir.

Qərb Ukraynaya kifayət qədər silah verib və bu səbəbdən Rusiya danışıqlar masasına oturub. Əvvəl 5 region tələb edirdilər, indi isə Donbasla kifayətlənirlər. Rusiyanı yalnız güc dili ilə başa salmaq olar.

Qərbin də yanaşması budur. Rəsmilər də vurğulayırlar ki, Rusiya ilə ancaq güc dilində danışmaq lazımdır. Bu müstəvidə Rusiya daha ciddi güzəştlərə getməyə məcbur olacaq”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, indiki şəraitdə Budapeştdəki danışıqlar nəticəsiz qala bilər.

“Putinlə Tramp razılaşa bilər, amma bu müharibə təkcə onların məsələsi deyil — burada Avropa ölkələri də iştirak edir. Fransa, Birləşmiş Krallıq, Almaniya, Polşa və s.

Hazırda Ukrayna ABŞ-ın dəstəyi olmadan da müharibəni davam etdirməyə müəyyən dərəcədə qadirdir. Ukraynanın burada “Flaminqo” tipli raketləri, Neptun və digər müasir silahları var. Həmçinin Böyük Britaniya, Danimarka və Almaniya da onların yanında durur.

Ukraynada yeni zavodlar tikilib, ballistik raket və mərmi istehsalı artır. İstehsalın böyük hissəsi daxildə ödənilir və silah ixracı təmin olunur və bu göstərici təxminən 60%-ə çatıb. Bu, sadə hal deyil və Ukraynanın silah təminatında ciddi nəticədir.

Yəni Ukrayna öz silah təminatını xeyli yaxşılaşdırıb. Əlbəttə ki, Avropa ölkələrinin köməyi ilə. ABŞ-dan kəşfiyyat və maliyyə baxımından müəyyən asılılıq qalır, amma ümumi məqam odur ki, Ukrayna müasir silahlandırma və istehsal potensialı əldə edir”.

Şəbnəm

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 Oktyabr 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Azərbaycanda kimlər aylıq müavinət ala bilər? SİYAHI

28 Sentyabr 2026 19:33see147

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see147

Bakıda artan kreditin nəticəsi TIXAC

28 Sentyabr 2026 16:17see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri