Rusiya ilə bağlı xüsusi çağırış: Postsovet ölkələri üçün siqnal verildi | Icma.az
Icma.az bildirir, GlobalInfo portalına istinadən. Polşanın Baş naziri Donald Tusk fevralın 18-də ABŞ və Rusiya nümayəndə heyətləri arasında
O, sosial şəbəkə hesabında Avropa ölkələrini hərəkətə keçməyə çağırıb.
Tusk Kremlin dondurulmuş aktivlərindən istifadə edərək Kiyevə yardımlar göstərilməsini, Avropa İttifaqının Rusiya ilə sərhədlərinin mühafizəsini gücləndirməsini, həmçinin təhlükəsizlik və müdafiə üçün yeni maliyyə qaydalarının tez bir zamanda qəbul olunmasını təklif edib.
Baş nazir Ukraynanın kapitulyasiyasının qəbuledilməz olduğunu vurğulayıb və hərbi əməliyyatların dayandırılmasını bütün Qərb ictimaiyyətinin təslim olması adlandırıb.
Kiyevin rəsmən məğlubiyyəti halında daha hansı ölkələr üçün təhlükə gözlənilir?
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Rusiyanın Ukraynaya təcavüzünün əsas səbəbi bu ölkənin bitərəf mövqeyində qalmasına baxmayaq NATO-ya qoşulmaq istəməsi idi: “Hələ sovet hakimiyyəti illərində Kreml məmurlarının əksəriyyəti Krımın vaxtilə keçmiş SSRİ lideri Nikita Xruşşov tərəfindən Ukraynaya birləşdirilməsinə qarşı çıxırdı.
Yarımadanı geri almaq üçün bir neçə dəfə hətta Mərkəzi Komitə də məsələ qaldırılmışdı.
Lakin Leonid Brejnevin müdaxiləsi və o zaman SSRİ siyasi hakimiyyətində güclü olan “Ukrayna klanı”, xüsusilə də Ukraynanın 1-ci katibi Nikolay Podqornın şəxsi nüfuzu buna imkan vermirdi.
Tam oxu
Xəbəri oxu