Icma.az
close
up
RU
Rusiya ilə bağlı xüsusi çağırış: Postsovet ölkələri üçün siqnal verildi

Rusiya ilə bağlı xüsusi çağırış: Postsovet ölkələri üçün siqnal verildi

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Polşanın Baş naziri Donald Tusk fevralın 18-də ABŞ və Rusiya nümayəndə heyətləri arasında keçirilən görüşdən sonra narahat olduğunu bildirib. O, sosial şəbəkə hesabında Avropa ölkələrini hərəkətə keçməyə çağırıb.

Tusk Kremlin dondurulmuş aktivlərindən istifadə edərək Kiyevə yardımlar göstərilməsini,  Avropa İttifaqının Rusiya ilə sərhədlərinin mühafizəsini gücləndirməsini, həmçinin təhlükəsizlik və müdafiə üçün yeni maliyyə qaydalarının tez bir zamanda qəbul olunmasını təklif edib.

Baş nazir Ukraynanın kapitulyasiyasının qəbuledilməz olduğunu vurğulayıb və hərbi əməliyyatların dayandırılmasını bütün Qərb ictimaiyyətinin təslim olması adlandırıb.

Kiyevin rəsmən məğlubiyyəti halında daha hansı ölkələr üçün təhlükə gözlənilir?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Rusiyanın Ukraynaya təcavüzünün əsas səbəbi bu ölkənin bitərəf mövqeyində qalmasına baxmayaq NATO-ya qoşulmaq istəməsi idi:

“Hələ sovet hakimiyyəti illərində Kreml məmurlarının əksəriyyəti Krımın vaxtilə keçmiş SSRİ lideri Nikita Xruşşov tərəfindən Ukraynaya birləşdirilməsinə qarşı çıxırdı. Yarımadanı geri almaq üçün bir neçə dəfə hətta Mərkəzi Komitə də məsələ qaldırılmışdı. Lakin Leonid Brejnevin müdaxiləsi və o zaman SSRİ siyasi hakimiyyətində güclü olan “Ukrayna klanı”, xüsusilə də Ukraynanın 1-ci katibi Nikolay Podqornın şəxsi nüfuzu buna imkan vermirdi. Nəzərə alaq ki, Podqornı sonradan SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri kimi mühüm postda gətirilir. Hansı ki, bu postun sahibi de-yure ölkənin birinci şəxsi sayılırdı.

SSRİ dağıldıqdan sonra məsələ təkrar gündəmə gəldi, lakin Rusiya Prezidenti Boris Yeltsin və Ukrayna Prezidenti Leonid Kvarçuk arasındakı müsbət əlaqələr buna imkan vermirdi”.

Politoloqun sözlərinə görə, Rusiya Ukraynanın işğalı üçün uzun illərdir çalışırdı:

“Nəhayət,  2014-cü il “Maydan hadisələri”də bela bir fürsət ələ düşdü. SSRİ dağılarkən Ukrayna keçmiş postsovet ərazisində Rusiya ilə birlikdə nüvə silahına malik olan 2 dövlətdən biri idi. Bu, Ukrayna ordusunun müdafiə qabiliyyətini çox güclü edirdi. Lakin o zamankı ABŞ Prezidenti Bill Klintonun təkidi ilə Ukrayna bu silahı Rusiyaya təhvil verərək öz fəlakətinə qol çəkdi.


Zeynal Əmrəliyev

Polşa və ya Şərqi Avropanın digər ölkələri ilə bağlı vəziyyət fərqlidir. Polşa NATO üzvüdür, ABŞ-ın bölgədə ən çox hərbi bazası məhz bu ölkənin ərazisindədir. Əgər Rusiya Polşaya hücum edərsə, Donald Tramp Ukrayna ilə bağlı sərgilədiyi mövqeyi ortaya qoya bilməz. Dərhal NATO-nun müvafiq maddəsi işə düşəcək və Rusiyanın bu hərəkəti alyansa hücum kimi dəyərləndiriləcək. Bu digər Şərqi Avropa ölkələrinə də aiddir. Həmçinin Avropa İttifaqının özünün müstəqil ordusunun yaradılması barədə fikirlər də səsləndirilir”.

Z.Əmrəliyev bildirib ki, əgər NATO bu ölkələri müdafiə etməsə, dağıla bilər:

“Ümumilikdə, Trampın davranışı alyansın sonunu gətirir. Artıq “vahid Qərb” anlayışı yoxdur. ABŞ ayrı, Avropa ayrı dünyadır. Avropada da başa düşürlər ki, artıq müstəqil güc olmağa məcburdurlar. Buna görə Donald Tuskun narahatlılığı tam anlaşılandır. Ancaq Rusiyanın bu ərazilərə hücumu gözlənilən deyil.

Rusiyanın təcavüzündən əsas müdafiəyə ehtiyacı olanlar postsovet ölkələridir. Bu da “Şuşa bəyannaməsinin” nə qədər böyük əhəmiyyətə malik olduğunu və ölkəmizin rəhbəri Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatını (TDT) müstəqil güc mərkəzinə çevirmək fikrinin çox doğru olduğunu bir daha sübut edir. TDT arasında əlaqələr gücləndirilməli və tezliklə Turan ordusu yaradılmalıdır”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Fevral 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri