Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya iqtisadiyyatının durğunluq dövrünə girməsi və gələcək perspektivinin qaranlıq olması artıq Kreml elitası tərəfindən də etiraf edilir.
Lakin bunun əsas səbəbi Ukrayanda davam edən işğalçılıq müharibəsi olsa da, kimsə bunu açıq deməyə cəsarət etmir.Məsələn, Vladimir Putinə yaxın şəxslərdən biri, Rusiya “Sberbank”-ının baş direktoru German Qref deyib ki, Rusiya iqtisadiyyatının “soyuması” davam edir və 2025-ci ilin ikinci rübünü “texniki durğunluq” dövrü adlandırmaq olar: "Soyutma davam edir, biz bunu ÜDM-in artım tempində görürük.
İkinci rüb praktiki olaraq texniki durğunluq kimi qiymətləndirilə bilər.
İyul və avqust ayları bizim sıfır həddinə yaxınlaşdığımızın kifayət qədər açıq əlamətlərini göstərir".Qref kifayət qədər təcrübəli bankirlərdən biridir və “Sberbank”-dakı postundan əvvəl Rusiyanın İqtisadi İnkişaf naziri vəzifəsini tutub.
Putinlə hələ Sankt-Peterburqdan bir yerdə işləyən bu şəxs təbii ki, Rusiyanın düşdüyü hazırkı iqtisadi tənəzzül yolunun əsl səbəblərini və səbəbkarını səsləndirməz.
Lakin buna baxmayaraq, “həyəcan təbili” çalmaya da bilmir. Qref Rusiya iqtisadiyyatın “idarə olunan soyumasından” vaxtında çıxmağın vacibliy
O qeyd edib ki, bunun üçün mühüm amillərdən biri Mərkəzi Bankın faiz dərəcəsidir.