Icma.az
close
up
RU
Rusiya iqtisadiyyatı “sıfır həddi”nə yaxınlaşır Qref də iqtisadi tənəzzülü etiraf edir

Rusiya iqtisadiyyatı “sıfır həddi”nə yaxınlaşır Qref də iqtisadi tənəzzülü etiraf edir

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya iqtisadiyyatının durğunluq dövrünə girməsi və gələcək perspektivinin qaranlıq olması artıq Kreml elitası tərəfindən də etiraf edilir. Lakin bunun əsas səbəbi Ukrayanda davam edən işğalçılıq müharibəsi olsa da, kimsə bunu açıq deməyə cəsarət etmir.

Məsələn, Vladimir Putinə yaxın şəxslərdən biri, Rusiya “Sberbank”-ının baş direktoru German Qref deyib ki, Rusiya iqtisadiyyatının “soyuması” davam edir və 2025-ci ilin ikinci rübünü “texniki durğunluq” dövrü adlandırmaq olar: "Soyutma davam edir, biz bunu ÜDM-in artım tempində görürük. İkinci rüb praktiki olaraq texniki durğunluq kimi qiymətləndirilə bilər. İyul və avqust ayları bizim sıfır həddinə yaxınlaşdığımızın kifayət qədər açıq əlamətlərini göstərir".

Qref kifayət qədər təcrübəli bankirlərdən biridir və “Sberbank”-dakı postundan əvvəl Rusiyanın İqtisadi İnkişaf naziri vəzifəsini tutub. Putinlə hələ Sankt-Peterburqdan bir yerdə işləyən bu şəxs təbii ki, Rusiyanın düşdüyü hazırkı iqtisadi tənəzzül yolunun əsl səbəblərini və səbəbkarını səsləndirməz. Lakin buna baxmayaraq, “həyəcan təbili” çalmaya da bilmir.

Qref Rusiya iqtisadiyyatın “idarə olunan soyumasından” vaxtında çıxmağın vacibliyini vurğulayıb. O qeyd edib ki, bunun üçün mühüm amillərdən biri Mərkəzi Bankın faiz dərəcəsidir.

Qrefin dediyinə görə, “Sberbank” bu ilin sonunda göstəricinin 14% səviyyəsində olacağını gözləyir, lakin bu, "iqtisadiyyatı canlandırmaq" üçün kifayət deyil. Onun fikrincə, 12% və daha aşağı səviyyəyə ehtiyac var: "İlin sonunda daxildə istifadə etdiyimiz hesablamalarımıza görə, bu nisbət təxminən 14% olacaq. Bu, iqtisadiyyatın canlanmağa başlaması üçün kifayətdirmi? Fikrimizcə, bu, kifayət deyil və indiki inflyasiya səviyyələri ilə iqtisadi canlanmaya ümid edə biləcəyimiz nisbət 12% və daha aşağıdır". Qref qeyd edib ki, sentyabrda əsas faiz dərəcəsinin ən azı 2 faiz bəndi azaldılması kreditləşmədə gələcək durğunluğun qarşısını alacaq.

Lakin məlum məsələdir ki, Rusiya Mərkəzi Bankı bu addıma getməyəcək və faiz uçot dərəcəsini Qrefin dediyi səviyyəyə endirməyəcək. Çünki bu, zatən yüksək olan inflyasiya risklərini daha da artıracaq. Odur ki, dairə qapanır. Faiz dərəcəsini kəskin azaltmadan artımı sıfıra yaxınlaşan, yəni, staqnasiyaya qədəm qoyan iqtisadiyyatı canlandırmaq olmayacaq. Faiz kəskin azaldıldığı halda inflayasiya yüksələcək, qiymətlər artacaq. Kreml isə bu qərarı verəcək iradəyə malik deyil, çünki bunun zatən davam edən müharibənin bezdirdiyi cəmiyyətdə ciddi sosial fəsadları olacaq.

Xatırladaq ki, bu ilin iyun ayında Rusiya Mərkəzi Bankı əsas uçot dərəcəsini illik 21%-dən 20%-ə endirib. Daha sonra, iyul ayında keçirilən iclasda direktorlar şurası onu daha iki faiz bəndi azaldaraq illik 18%-ə endirib. Hələ bunun özü belə inflaysiyaya təsir etməkdədir. Dərəcənin 12-yə endirilməsi isə proqnozlaşdırılması çox çətin olan fəsadlar verə bilər. Odur ki, Qrefin təklifi çətin ki, qəbul edilsin…

E.Qüdrətoğlu

“AzPolitika.info” 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Sentyabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see204

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see179

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see172

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see164

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see149

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see144

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri