Rusiya Kiyev vilayətində neft bazasını vurub

20.08.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Rusiya qoşunları avqustun 20-nə keçən gecə Ukraynanın Kiyev vilayətinin Brovarı rayonunda KLO şəbəkəsinə məxsus neft bazasına hücum edib.

XQ xəbər verir ki, bu barədə “RBK-Ukrayna” KLO şirkətinin paylaşımına istinadən məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində obyektə ziyan dəyib. Şirkətin əməkdaşları arasında xəsarət alan olmayıb.

KLO-dan bildirilib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan etibarən şirkət artıq bir neçə yanacaqdoldurma kompleksini itirib.

Hazırda KLO əməkdaşları hücumun nəticələrinin aradan qaldırılması və zədələnmiş obyektlərin bərpası istiqamətində iş aparırlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью