Rusiya Kiyev vilayətində neft bazasını vurub
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Rusiya qoşunları avqustun 20-nə keçən gecə Ukraynanın Kiyev vilayətinin Brovarı rayonunda KLO şəbəkəsinə məxsus neft bazasına hücum edib.
XQ xəbər verir ki, bu barədə “RBK-Ukrayna” KLO şirkətinin paylaşımına istinadən məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində obyektə ziyan dəyib. Şirkətin əməkdaşları arasında xəsarət alan olmayıb.
KLO-dan bildirilib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan etibarən şirkət artıq bir neçə yanacaqdoldurma kompleksini itirib.
Hazırda KLO əməkdaşları hücumun nəticələrinin aradan qaldırılması və zədələnmiş obyektlərin bərpası istiqamətində iş aparırlar.
Bu mövzuda digər xəbərlər:Rusiya dronu Kiyev vilayətində atçılıq klubuna düşdü VİDEO
07 Sentyabr 2025 12:57
Kiyev vilayətində matəm elan edilib
05 Avqust 2026 15:52
Ukrayna ordusu Bryansk vilayətində Rusiyanın neft bazasını vurdu
11 Dekabr 2024 13:20
Rusiya ordusunun zərbələri nəticəsində Kiyev vilayətində ölənlərin sayı 10 a çatıb
24 İyul 2026 17:37
Baxış sayı:114
Bu xəbər 20 Avqust 2026 19:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















