Rusiya onları da gözlədir Video

29.08.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Son günlər Azərbaycanın bir sıra şou-biznes nümayəndələri, müğənnilər Rusiyaya səfər edən zaman problemlərlə qarşılaşırlar. Onlardan bəzisi, ümumiyyətlə, adıçəkilən ölkəyə buraxılmır, digərləri isə keçid məntəqələrində saatlarla gözlədilir.

“Qafqazinfo”nun məlumatına görə, bu gün müğənnilər Şəbnəm Tovuzlu və Nadir Qafarzadə bənzər problemlə üzləşiblər. 

Bu barədə paylaşım edən Ş.Tovuzlu aparıcı Çinarə Əliyevanın həyat yoldaşı, həkim Ruslan Rəsulla birlikdə qonşu ölkəyə buraxılmadıqlarını, 6 saatdır hava limanında gözlədiklərini deyib. 

N.Qafarzadə isə Musavat.com-a açıqlamasında 2 saat aeroportda növbədə gözlədiyini vurğulayıb: “İki saatdır ki, ayaqüstə növbədə gözləyirəm. Ən azı bir saat da gözləyəcəyəm. Ac və susuzam, ayaqlarım ağrıyır. Rus və belarus olmayanları gözlədirlər. Başqa ölkənin vətəndaşlarının yoxlanışı uzun çəkir”. 

Xatırladaq ki, bu günlərdə Xalq artisti Miri Yusifin prodüseri Emin Əfəndi və meyxanaçı Namiq Qaraçuxurlu da Rusiyaya buraxılmayaraq ölkəyə qayıdıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью