Rusiya onları da gözlədir Video
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Son günlər Azərbaycanın bir sıra şou-biznes nümayəndələri, müğənnilər Rusiyaya səfər edən zaman problemlərlə qarşılaşırlar. Onlardan bəzisi, ümumiyyətlə, adıçəkilən ölkəyə buraxılmır, digərləri isə keçid məntəqələrində saatlarla gözlədilir.
“Qafqazinfo”nun məlumatına görə, bu gün müğənnilər Şəbnəm Tovuzlu və Nadir Qafarzadə bənzər problemlə üzləşiblər.
Bu barədə paylaşım edən Ş.Tovuzlu aparıcı Çinarə Əliyevanın həyat yoldaşı, həkim Ruslan Rəsulla birlikdə qonşu ölkəyə buraxılmadıqlarını, 6 saatdır hava limanında gözlədiklərini deyib.
N.Qafarzadə isə Musavat.com-a açıqlamasında 2 saat aeroportda növbədə gözlədiyini vurğulayıb: “İki saatdır ki, ayaqüstə növbədə gözləyirəm. Ən azı bir saat da gözləyəcəyəm. Ac və susuzam, ayaqlarım ağrıyır. Rus və belarus olmayanları gözlədirlər. Başqa ölkənin vətəndaşlarının yoxlanışı uzun çəkir”.
Xatırladaq ki, bu günlərdə Xalq artisti Miri Yusifin prodüseri Emin Əfəndi və meyxanaçı Namiq Qaraçuxurlu da Rusiyaya buraxılmayaraq ölkəyə qayıdıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 29 Avqust 2025 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















