Rusiya seçkilərdən sonra yeni hərbi kampaniya başlaya bilər

18.09.2026

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Rusiyada keçirilən Dövlət Duması seçkilərində hakim partiyanın qalib gəlmək şanslarının yüksək olduğu görünür. Seçki prosesi faktiki olaraq ciddi siyasi alternativlərin məhdud olduğu şəraitdə keçirilir və hakimiyyətin əsas rəqiblərindən biri olan “Yabloko” partiyasının da seçkilərdə mən kənarlaşdırılıb.
Bununla yanaşı, Rusiya-Ukrayna müharibəsinin davam etməsi, Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyalar və sosial-iqtisadi problemlərin əhali arasında narazılıqları artırması Kremlin qarşısında müəyyən çağırışlar yaradır. Buna baxmayaraq, Vladimir Putin hərbi əməliyyatları davam etdirəcək.
Xüsusilə seçkilərdən sonra Rusiyada yeni hərbi səfərbərliyin keçirilməsi gözlənilir. Moskvanın məqsədi Ukraynaya qarşı hərbi təzyiqi artırmaqla yanaşı, NATO ölkələrinə, xüsusilə Polşaya qarşı siyasi və hərbi təzyiq imkanlarını genişləndirməyi planlaşdırır.
Qarşıdakı qış aylarında Rusiyanın Donbas istiqamətində hərbi əməliyyatları intensivləşdirməsi və ərazinin tam nəzarətə götürülməyə çalışacaq. Moskvanın Donbasla bağlı strateji məqsədlərinə nail olmayacağı təqdirdə hərbi əməliyyatları dayandırmağa hazır olub-olmayacağı isə əsas suallardan biri olaraq qalır. Bu baxımdan, Rusiya-Ukrayna müharibəsində yaxın dövrdə daha sərt hərbi və siyasi mərhələnin başlanacaq.
Məhəmməd Əsədullazadə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью