Rusiya seçkilərdən sonra yeni hərbi kampaniya başlaya bilər
Newscenter.az saytına istinadən Icma.az xəbər verir.
Rusiyada keçirilən Dövlət Duması seçkilərində hakim partiyanın qalib gəlmək şanslarının yüksək olduğu görünür. Seçki prosesi faktiki olaraq ciddi siyasi alternativlərin məhdud olduğu şəraitdə keçirilir və hakimiyyətin əsas rəqiblərindən biri olan “Yabloko” partiyasının da seçkilərdə mən kənarlaşdırılıb.
Bununla yanaşı, Rusiya-Ukrayna müharibəsinin davam etməsi, Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyalar və sosial-iqtisadi problemlərin əhali arasında narazılıqları artırması Kremlin qarşısında müəyyən çağırışlar yaradır. Buna baxmayaraq, Vladimir Putin hərbi əməliyyatları davam etdirəcək.
Xüsusilə seçkilərdən sonra Rusiyada yeni hərbi səfərbərliyin keçirilməsi gözlənilir. Moskvanın məqsədi Ukraynaya qarşı hərbi təzyiqi artırmaqla yanaşı, NATO ölkələrinə, xüsusilə Polşaya qarşı siyasi və hərbi təzyiq imkanlarını genişləndirməyi planlaşdırır.
Qarşıdakı qış aylarında Rusiyanın Donbas istiqamətində hərbi əməliyyatları intensivləşdirməsi və ərazinin tam nəzarətə götürülməyə çalışacaq. Moskvanın Donbasla bağlı strateji məqsədlərinə nail olmayacağı təqdirdə hərbi əməliyyatları dayandırmağa hazır olub-olmayacağı isə əsas suallardan biri olaraq qalır. Bu baxımdan, Rusiya-Ukrayna müharibəsində yaxın dövrdə daha sərt hərbi və siyasi mərhələnin başlanacaq.
Məhəmməd Əsədullazadə
Bu mövzuda digər xəbərlər:Rusiya ilə müharibə beş ildən sonra başlaya bilər..?
12 Fevral 2025 00:04
Rusiya banan yetişdirməyə başlaya bilər
26 Noyabr 2024 16:21
Paşinyan: Yeni konstitusiya seçkilərdən sonra açıqlana bilər
18 Aprel 2026 16:11
Bölgəmizdə yeni hərbi qarşıdurma başlaya bilər
03 Aprel 2025 14:02
Tramp yeni hərbi əməliyyatlara başlaya bilər
22 Yanvar 2025 02:23
Baxış sayı:83
Bu xəbər 18 Sentyabr 2026 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















