Rusiya “separatçı kartı”nı itirdi Moskvanın iki yolu qalıb: “Ya əməkdaşlıq, ya da…” KONKRE…
Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tramp-Putin razılaşması və Ukraynada mümkün atəşkəs gözləntiləri fonunda Cənubi Qafqazda bir məsələ aktuallaşır: Rusiya regiona necə qayıdacaq, qayıtmaq üçün hansı rıçaqlarını işə salacaq, ümumiyyətlə, qayıda biləcəkmi?
KONKRET.az xəbər verir ki, mövzunu siyasi şərhçi Asif Nərimanlı şərh edib: “Cənubi Qafqaz Rusiya üçün təkcə cənub sərhədlərinin təhlükəsizliyi yox, həm də Avrasiyanın yeni nəqliyyat dəhlizlərində iştirakçılıq baxımından əhəmiyyətlidir.
2020-ci ilə qədər Moskva bölgəni Qarabağ münaqişəsi fonunda nəzarətdə saxlayır, Tiflisdə zəifləyən mövqelərini Bakı-İrəvan xəttində kompensasiya edirdi.
Qarabağ məsələsi həll ediləndə Rusiya hələ də regionda həlledici oyunçu kimi qalmağa davam etsə də, 2022-ci ildən sonra vəziyyət dəyişdi.
– Ukraynada müharibəyə başlayan Rusiya bütün resurslarını bu istiqamətə yönəltdi; – Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması Moskvanın “separatçı kartı”nın aktuallığını saxlamaq imkanlarını əlindən aldı; – Qarabağdan imtina edən Ermənistan Rusiya qarşısında mərkəzdənqaçma siyasətini genişləndirmək fürsəti əldə etdi; – 2023-cü ildə Azərbaycan Qarabağda suverenliyini tam bərpa etməklə bu səhifəni bağladı; – Bakı-İrəvan xəttində danışıqların ikitərəfli formata keçməsi isə Rusiyanı itkilərini vasitəçilik üzərindən kompensasiya etmək imkanından da məhrum qoydu.
Rusiya tarixində ilk dəfə Cənubi Qafqazda heç olmadığı qədər zəifləmiş vəziyyətlə üzləşib, lakin bununla barışmayacağı məlumdur.
Ukrayna müharibəsinin başa çatması gözləntiləri Rusiyaya beynəlxalq təcriddən çıxmaq və başda Cənubi Qafqaz olmaqla, post-sovet məkanına daha çox diqqət ayırmaq perspektivi vəd edir.
Tam oxu
Xəbəri oxu