Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Rusiya “separatçı kartı”nı itirdi Moskvanın iki yolu qalıb: “Ya əməkdaşlıq, ya da…” KONKRET

Rusiya “separatçı kartı”nı itirdi Moskvanın iki yolu qalıb: “Ya əməkdaşlıq, ya da…” KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tramp-Putin razılaşması və Ukraynada mümkün atəşkəs gözləntiləri fonunda Cənubi Qafqazda bir məsələ aktuallaşır: Rusiya regiona necə qayıdacaq, qayıtmaq üçün hansı rıçaqlarını işə salacaq, ümumiyyətlə, qayıda biləcəkmi?

KONKRET.az xəbər verir ki, mövzunu siyasi şərhçi Asif Nərimanlı şərh edib:

“Cənubi Qafqaz Rusiya üçün təkcə cənub sərhədlərinin təhlükəsizliyi yox, həm də Avrasiyanın yeni nəqliyyat dəhlizlərində iştirakçılıq baxımından əhəmiyyətlidir. 2020-ci ilə qədər Moskva bölgəni Qarabağ münaqişəsi fonunda nəzarətdə saxlayır, Tiflisdə zəifləyən mövqelərini Bakı-İrəvan xəttində kompensasiya edirdi. Qarabağ məsələsi həll ediləndə Rusiya hələ də regionda həlledici oyunçu kimi qalmağa davam etsə də, 2022-ci ildən sonra vəziyyət dəyişdi.

– Ukraynada müharibəyə başlayan Rusiya bütün resurslarını bu istiqamətə yönəltdi;

– Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması Moskvanın “separatçı kartı”nın aktuallığını saxlamaq imkanlarını əlindən aldı;

– Qarabağdan imtina edən Ermənistan Rusiya qarşısında mərkəzdənqaçma siyasətini genişləndirmək fürsəti əldə etdi;

– 2023-cü ildə Azərbaycan Qarabağda suverenliyini tam bərpa etməklə bu səhifəni bağladı;

– Bakı-İrəvan xəttində danışıqların ikitərəfli formata keçməsi isə Rusiyanı itkilərini vasitəçilik üzərindən kompensasiya etmək imkanından da məhrum qoydu.

Rusiya tarixində ilk dəfə Cənubi Qafqazda heç olmadığı qədər zəifləmiş vəziyyətlə üzləşib, lakin bununla barışmayacağı məlumdur. Ukrayna müharibəsinin başa çatması gözləntiləri Rusiyaya beynəlxalq təcriddən çıxmaq və başda Cənubi Qafqaz olmaqla, post-sovet məkanına daha çox diqqət ayırmaq perspektivi vəd edir.

Lakin açıq qalan sual var: Rusiya bölgədə əvvəlki üstünlüyünü təmin edə bilcəkmi? Bu, bir qədər çətin görünür.

Birincisi, əsas forpostu olmuş Ermənistanda siyasi və hərbi rıçaqları yetərincə zəifləyib: 102-ci baza mövcud olsa da, artıq Rusiyanın təhlükəsizlik çətirinə alternativlər var;
İkincisi, Qarabağ münaqişəsi mövcud olmadığı üçün Azərbaycana strateji təzyiq aləti də qalmayıb, eyni zamanda, Türkiyə faktorunun bölgədə güclənməsi Moskvanı Bakı ilə münasibətlərdə iki dəfə düşünməyə vadar edir;
Üçüncüsü, Gürcüstanda mövqelərini müəyyən qədər yaxşılaşdırsa da, alternativ oyunçularla, xüsusilə Çinin timsalında qarşılaşır: Abxaziya və Cənubi Osetiya Moskva-Tiflis xəttində strateji problem olaraq qalmaqdadır;

Mövcud mənzərədə Rusiyanın Cənubi Qafqazda əvvəlki üstünlüyünü bərpa etmək imkanları məhdud görünür. Moskva üçün bu regionda iki mümkün yol ola bilər.

1. İqtisadi əməkdaşlığın gücləndirilməsi:

– Ermənistan siyasi və hərbi alternativlər tapsa da, iqtisadi müstəvidə hələ də Rusiyadan böyük asılılıqdadır və bu, Moskvaya İrəvanı orbitində saxlamaq imkanı verir;

– Azərbaycanla nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi Rusiyaya həm Cənubi Qafqazda mövqelərini saxlamaq, həm də bu region üzərindən Avrasiyanın müxtəlif bazarlarına çıxmaq imkanı yarada bilər;

– Gürcüstanla bağların saxlanılması və rəsmi Tiflisin Moskvanın mövqelərini nəzərə almağa sövq etməyin yolu da iqtisadi əməkdaşlıqdan keçir;

2. Cənubi Qafqaza 2020-ci ildən sonrakı balansın qaytarılması: 44 günlük müharibədən sonra Rusiya bölgədə Türkiyənin mövcudluğunu qəbul etdi və bu, Moskvaya Qərbin müdaxiləsini bloklamaq imkanı yaratdı; daha sonra Ukrayna müharibəsi və Qərbin – Avropanın Bakı-İrəvan danışıqlarında iştirakla regiona qayıtması balansı dəyişdirdi.

Rusiyanın regiona qayıtması və mövqelərini bərpa etməsi Türkiyə ilə mövcud olmuş balansı qaytarmaq və Bakı-Ankara tandemi ilə işləməkdən keçir. Bu, həm Ermənistanda, həm də Gürcüstanda da Moskvanın mövqelərini yaxşılaşdıracaq seçimdir. Rusiyanın aqressiv siyasət-təhdidlərlə nəticə əldə etməsi çətin görünür”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Fevral 2025 22:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see248

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see207

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see202

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see185

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see177

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see164

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see163

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see155

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see139

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see136

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri