Rusiya Suriyaya yol axtarır: xaici işlər naziri Lavrov Türkiyəyə gedəcək | Icma.az
Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov sabah Ankaraya gedəcək.
Bazar ertəsi Ankarada xarici işlər naziri Hakan Fidanla görüşü gözlənilən Rusiya xarici işlər nazirinin gündəmində Suriya məsələsi var.
Bizimyol.info xəbər verir ki, “Hürriyet”in əldə etdiyi məlumata görə, Əsəd rejiminin devrilməsindən sonra devrilmiş liderə və ailəsinə sığınacaq verən Rusiya Əhməd Əl-Şaranın rəhbərlik etdiyi yeni hökumətlə əlaqələr qurmaqda çətinlik çəkir.
Mənbələr Rusiyanın Ankaranın Suriyadakı yeni rejimlə yaxın münasibətlərinə görə Türkiyənin qapısını döydüyünü, Lavrovun Ankarada Suriya administrasiyası ilə nə üçün əlaqə qurmaq istədiklərini açıqlamasının gözlənildiyini bildirib.
Fidan daha əvvəl demişdi ki, bəzi Qərb dövlətləri də ondan yeni administrasiya ilə əlaqə saxlamaq üçün kömək istəyiblər.
Lavrovun Ankara səfəri fevralın 24-nə, Ukrayna müharibəsinin üçüncü ildönümünə təsadüf edir.
Həmin gün Ukraynanın Ankaradakı səfirliyində Avropa İttifaqının müxtəlif ölkələrindən olan səfirlərin iştirakı ilə mərasim keçiriləcək.
Qadir, Bizimyol.info Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu