Rusiya Suriyaya yol axtarır: xaici işlər naziri Lavrov Türkiyəyə gedəcək
Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, “Hürriyet”in əldə etdiyi məlumata görə, Əsəd rejiminin devrilməsindən sonra devrilmiş liderə və ailəsinə sığınacaq verən Rusiya Əhməd Əl-Şaranın rəhbərlik etdiyi yeni hökumətlə əlaqələr qurmaqda çətinlik çəkir.
Mənbələr Rusiyanın Ankaranın Suriyadakı yeni rejimlə yaxın münasibətlərinə görə Türkiyənin qapısını döydüyünü, Lavrovun Ankarada Suriya administrasiyası ilə nə üçün əlaqə qurmaq istədiklərini açıqlamasının gözlənildiyini bildirib. Fidan daha əvvəl demişdi ki, bəzi Qərb dövlətləri də ondan yeni administrasiya ilə əlaqə saxlamaq üçün kömək istəyiblər.
Lavrovun Ankara səfəri fevralın 24-nə, Ukrayna müharibəsinin üçüncü ildönümünə təsadüf edir. Həmin gün Ukraynanın Ankaradakı səfirliyində Avropa İttifaqının müxtəlif ölkələrindən olan səfirlərin iştirakı ilə mərasim keçiriləcək.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 22 Fevral 2025 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















